Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Uklon" taksi şirkəti fəaliyyətini dayandırır

Partners (en) - Uklon: UZ

Bu barədə həm sürücülərə, həm də tətbiq istifadəçilərinə bildiriş göndərilib. Məlumata görə, aprelin 30-dan etibarən Uklon avtomobil çağırış xidmətinin və müvafiq tətbiqinin Azərbaycanda fəaliyyəti dayandırılacaq. Qeyd edək ki, "Uklon" ötən ilin mayında fəaliyyətə başlamışdı.

Apple "Let Loose" tədbirini elan edib

Let loose. - Latest News - Apple Developer

"Apple" 7 may tarixində xüsusi bir tədbir keçirəcəyini açıqlayıb. Tədbir Apple.com saytında canlı yayımlanacaq. Tədbirdə Apple-ın yeni iPad Pro iPad Air modellərini təqdim edəcəyi gözlənilir. Bundan əlavə, yenilənmiş Apple Pencil və Magic Keyboard aksesuarları da təqdim edilə bilər. Bu yeni məhsulların Apple texnologiyasındakı yenilikləri və dizayn dəyişikliklərini əks etdirəcəyi gözlənilir.

"Walmart"ın dron çatdırılma xidməti Texasda fəaliyyətə başlayacaq

Walmart and Wing Team Up To Provide the Convenience of Drone Delivery

Walmart-ın dron çatdırılma xidmətinin aprelin 22-də başlaması planlaşdırılır və Texasda yalnız iki yerdə mövcud olacaq. Qeyd edək ki, o, hər gün səhər saat 10:00-dan 18:00-a kimi fəaliyyət göstərəcək.

Birbank Biznes yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasını təqdim edib

Birbank Biznes

Belə ki, müştərilər hesab açdıqları ilk 30 gün ərzində 50 000 AZN-lik ölkədaxili köçürmə, valyuta mübadiləsi və əmək haqqı köçürmələri üzrə komissiyasız əməliyyat etmək imkanı əldə edəcəklər. 25 aprel-25 may 2024-cü il tarixlərini əhatə edən xüsusi kampaniyadan yararlananlar həm də hədiyyə əmək haqqı kartlarına da sahib olacaqlar.

Kampaniyadan yararlanmaq üçün təqdim edilən linkə daxil ola və hesab aça bilərsiniz: https://kbl.az/bbprwtc

Qeyd edək ki, Birbank Biznes-də biznes sahiblərinin mütəmadi istifadə etdiyi bir sıra xidmətlər var:

-    Biznes bank hesablarının açılması

-    Təcili köçürmələr, milli və xarici valyutada köçürmələr

-    Nağdsız ödənişlər

-    Əməkhaqqı və biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil

-    POS-terminal sifarişi, POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması

-    Sənəd dövriyyəsi və sənədlərin kütləvi imzalanması

-    Biznes krediti və bank qarantiyaları

-    Mobil POS, e-ticarət və “Kliklə ödə” xidmətləri

-    Açıq Bankçılıq Xidmətləri

-    Özəl tarif paketləri və s.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir.

Video zəng xüsusiyyəti Ray-Ban Meta-ya gəlir

Ray-ban Meta üçün bəzi maraqlı funksiyalar elan edilib. Yeni funksiyalara video zəng, Meta AI da daxildir. Gəlin yeni video zəng xüsusiyyətinin necə işlədiyinə nəzər yetirmək üçün Zuck-ın videosuna nəzər salaq.

Posted 
Apr 24, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All