Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Azərbaycanda “Business Ready” hesabatı üzrə məlumatlılığın artırılması ilə bağlı təkliflər hazırlanacaq

Top 10 jobs for Computer Science majors | Handshake

Azərbaycanda Dünya Bankı Qrupunun “Business Ready” hesabatı üzrə məlumatlılığın artırılması istiqamətində təkliflər hazırlanacaq. Bu, hesabatın “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Qeyd edilib ki, “Business Ready” hesabatının indikatorlarının və tələb olunan qanunvericilik və inzibatçılıq islahatlarının müzakirəsi məqsədilə ölkədə fəaliyyət göstərən aparıcı biznes subyektləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur, nəticələri üzrə təkliflər hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyaya iyunun 1-dək təqdim olunmalıdır.

Həmçinin Azərbaycanda məşğulluq xidmətlərinin əhatəliliyinin və keyfiyyətinin yüksəldilməsi istiqamətində də iri biznes subyektləri ilə görüşlər təşkil olunacaq.

Xiaomi yeni ventilyatorunu təqdim etdi

Xiaomi launches the Mijia Smart DC Variable Frequency Standing Fan with a  16 m range - NotebookCheck.net News

Xiaomi Mijia Floor Fan Pro adlı ventilyatorunu təqdim etdi. Cihazın maraqlı xüsusiyyətlərindən biri onun power bank ilə işləyə bilməsidir. Cihaz birdən çox üsulla idarə oluna bilir. Bu üsullara Bluetooth pultu və 30 metr məsafədən idarəetməni təmin edən fiziki düymələr daxildir. “HyperOS Connect” və “Xiao AI” səs köməkçisinə sahib olan ventilyator səslə də idarə oluna bilir.

X-ə yeni bir süni intellekt funksiyası gəlir

Reklam verənlərə diqqət yetirən bu süni intellekt xüsusiyyəti doğru hədəf kütləsinə çatmağı xeyli asanlaşdıracaq. Belə ki, reklam yayımlanmamışdan əvvəl süni intellektə verilən açıqlamada hədəfi birbaşa müəyyən edən bəzi məqamlar daxil edilməklə daha dəqiq hədəf auditoriyaya çatmaq mümkün olacaq.

DeepL AI tərcüməsi sayəsində gəlirlərini artırır

Qlobal süni intellekt kommunikasiya şirkəti DeepL Forrester Consulting tərəfindən həyata keçirilən "The Economic Impact of DeepL" adlı müstəqil araşdırmanın nəticələrini paylaşıb. Tədqiqata görə, DeepL-in süni intellekt texnologiyası daxili sənəd tərcüməsi proseslərində əhəmiyyətli gəlir artımı və xərclərə qənaət təmin edib.

DeepL sayəsində şirkətlər daxili sənədlərin tərcüməsinə sərf olunan vaxtı 90 faiz, işçilərin iş yükünü isə 50 faiz azalda bilər. Bu, işçilərə yüksək əlavə dəyərli layihələrə daha çox vaxt ayırmağa və daha məhsuldar işləməyə imkan verir.

Tədqiqat nəticələrinə görə, DeepL-dən istifadə edən qlobal şirkətlər üç il ərzində sərmayədən 345 % gəlir əldə edə və 227 min 430 avro xərcə qənaət edə bilərlər. Bununla belə, DeepL təkcə şirkətlərə deyil, həm də tərcüməçilərə peşəkar məhsullar təklif edir.

Epic Games Store bu həftənin pulsuz oyununu elan etdi

Epic Games Store hər həftə bir neçə pulsuz oyunu təqdim etməyə davam edir. 9-16 may həftəsi üçün paylanacaq oyunlar artıq açıqlanıb. Qeyd olunan tarixlər arasında istifadəçilər heç bir ödəniş etmədən Circus Electrique və Firestone oyunlarını əldə edə biləcəklər.

Oyunun Epic Games Store-da pulsuz olması üçün bu addımları yerinə yetirməlisiniz;

Epic Games Store veb-saytına və ya masaüstü proqramına daxil olun.

Circus Electrique və Firestone Pulsuz Təklif səhifəsinə daxil olun.

Sağdakı satın alma düyməsini basın.

Prosesin tamamlanmasını gözləyin.

Posted 
May 10, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All