Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir

Türkiye-Azerbaycan Kardeşlik ve Dayanışma Haftası başladı - Avrasya'dan -  Haber - TRT Avaz

Bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirəyə çıxarılacaq. İkiqat vergitutmanın aradan qaldırılması Türkiyədən idxal olunan məhsulların ucuzlaşmasına səbəb olacaq.

Toplantıda aşağıdakı məsələlər müzakirə olunacaq:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.

2. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.

Bu il Çindən Azərbaycana gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq

Bakıda daha bir elektrik mühərrikli avtobus - Video

Çinin BYD şirkəti Azərbaycanın avtobus parkına töhfə verəcək. Bu il Çindən ölkəmizə gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev “Kəmər və Yol” təşəbbüsü ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu arasında potensial sinerji” mövzusunda baş tutan paneldə bildirib. O bildirib ki, Azərbaycan hazırda elektrik avtobuslarını nəqliyyat sisteminə daxil etməkdədir.

İkinci əl lüks məhsullar "TikTok"da satılacaq

tiktok ikinci el lüks moda

Araşdırmalara görə, ikinci əl lüks moda kateqoriyası 2023-cü ilə qədər 50 milyard dollarlıq nəhəng bazara çevrilib. Belə olan halda, TikTok da buradan öz payını almaq istəyir.

"TikTok Shop" indiyə qədər ən yeni məhsulların satıldığı bir platforma idi. Bununla belə, qəbul edilən qərara uyğun olaraq, İngiltərədəki istifadəçilər "TikTok Shop" vasitəsilə ikinci əl dəbdəbəli paltarları əldə edə biləcəklər. Bu kateqoriya əvvəllər ABŞ-də əlçatan idi.

“Azərpoçt” İnternet bankçılıq xidmətini istifadəyə verib

“Azərpoçt” İnternet bankçılıq xidmətini istifadəyə verib

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir. Qeyd edilib ki, 2021-ci ildən yenilənmə mərhələsinə keçid edən “Azərpoçt” MMC rəqəmsallaşma və elektron kommersiya istiqamətində bir sıra rəqəmsal həllər təklif edib. Bunlardan biri də test rejimini uğurla keçərək müştərilərin istifadəsinə verilən “İnternet bankçılıq” xidmətidir.Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir. Qeyd edilib ki, 2021-ci ildən yenilənmə mərhələsinə keçid edən “Azərpoçt” MMC rəqəmsallaşma və elektron kommersiya istiqamətində bir sıra rəqəmsal həllər təklif edib. Bunlardan biri də test rejimini uğurla keçərək müştərilərin istifadəsinə verilən “İnternet bankçılıq” xidmətidir. Bu xidmət müştərilərə onlayn, təhlükəsiz və rahat şəkildə bir çox bank əməliyyatlarını yerinə yetirməyə imkan verir. Həmçinin xidmətdən istifadə edən hüquqi şəxslər və fərdi sahibkarlar aşağıda qeyd olunan üstünlüklərdən də faydalana bilərlər:

•Banka gəlmədən pulköçürmələrini həyata keçirmək;

•Bank hesablarına nəzarət etmək;

•Bütün növ bank köçürmələrini izləmək, ödəniş tapşırığı və çıxarış əldə etmək;

•Mübadilə əməliyyatlarını həyata keçirmək;

•Gündəlik valyuta məzənnəsi barədə məlumat almaq;

•Əməkhaqqı köçürmələrini rahat və sürətli şəkildə həyata keçirmək və s.

Qeyd edək ki, “Azərpoçt” MMC tərəfindən hazırlanan və istifadəyə verilən bu kimi yeni biznes həllər istifadəsinə və rahatlığına görə, ən əsası isə zamana qənaət etmək baxımından müştəri məmnuniyyəti yaradır.

İRİA BMT-ni Azərbaycanın rəqəmsallaşmada uğurları haqqında məlumatlandırıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndə heyəti BMT-nin İctimai İdarəetmə üzrə Ekspertlər Komitəsinin 15 - 19 aprel tarixlərində Nyu-Yorkda baş tutan 23-cü sessiyası çərçivəsində həyata keçirilən silsilə tədbirlərdə iştirak edib. Nümayəndə heyəti Agentliyin sədrinin müşaviri Şahin Əliyev və baş hüquqşünas Türkan Hacıyeva ilə təmsil olunub.

Şahin Əliyev tədbirdə çıxış edərək Azərbaycanın rəqəmsal transformasiya yolu və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində müəyyən edilmiş sahələr üzrə İRİA tərəfindən həyata keçirilmiş layihələr barədə ətraflı təqdimatla çıxış edib. Ölkəmizdəki rəqəmsal transformasiya, xüsusilə də doğum və nikahın qeydiyyatı kimi həyat hadisələrinin proaktiv qaydada vahid platforma üzərindən tam həcmdə rəqəmsallaşdırılması, rəqəmsal sənəd dövriyyəsinin təmini, data əsaslı qərarların qəbul edilməsinə xidmət edən infrastrukturun qurulması, süni zəka konsepsiyası üzrə görülən işlər digər iştirakçı ölkələrdən gələn nümayəndələrin və təşkilatların da böyük marağına səbəb olub.

Öz çıxışı zamanı Agentlik rəsmisi ölkəmizin rəqəmsal hökumət təcrübəsi, əldə edilən irəliləyişlər və gələcək çağırışlar barədə də geniş məlumat verib  və bu sessiyanın qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi prinsiplərinə əsaslanan və bu yolla qlobal problemlərin həllində mühüm dəyər yaradan bir platforma kimi qiymətləndirildiyini də sessiya iştirakçılarının diqqətinə çatdırıb.

“Hesab edirəm ki, İRİA-nın bu sessiyada iştirakı Azərbaycanın rəqəmsal inkişaf və innovasiya sahəsində qlobal səviyyədə tanınmasına və etibarlı bir tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək”, - deyə Şahin Əliyev əlavə edib.

Qeyd edək ki, tədbirdə, həmçinin süni zəkanın inkişafı və onun  ictimai sektorda tətbiqi üzrə praktik nümunələr və bu texnologiyaların Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində oynaya biləcəyi rol geniş şəkildə təhlil edilib.

Posted 
Apr 22, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All