Reklammarketinq sahəsində effektiv və kreativ işləri dəyərləndirən “Felis Azərbaycan”a müraciətlər sentyabrın 21-dən etibarən başlayıb!

Hər il qəbul etdiyi müraciət sayı ilə rekorda imza atan, Türkiyədə 17 ildir reklam və marketinq sektorunun nəbzini tutan “Felis” Mükafatlarının bu ildən Azərbaycanda da macərası başlayır.

Göndərilən işlər arasından standartlardan kənar, yaradıcıvə seçilən işlər 7 kateqoriyada dəyərləndiriləcək. Marka mesajını çatdırma qüçün istifadə edilən orijinal və yaradıcı dizaynlar “Design&Branding”, ənənəvivə innovativ “out of home” işləri “Outdoor”, onlayn, innovativ, yaradıcı və texnoloji həllər ilə marka dəyərini artıran rəqəmsal və mobil işlər “Digital&Mobile”, kreativ media işləri “Media”, unikal və yaradıcı reklam kampaniyaları “Advertising Campaigns”, televiziya, film və onlayn platformalar üçün hazırlanan reklamlar “Film”, “production” və/və ya “post-production”dakı texniki bacarıq və təcrübələr “Film Craft” kateqoriyalarında qiymətləndiriləcək.

Reklam və marketinq sahəsində effektiv kreativliyin rolunu vurğulayan və kreativ sektora töhfə verən bütün komandaların nailiyyətlərini mükafatlandıran “FelisMükafatları tezliklə Azərbaycanda yaradı işləri və onların arxasında duran yaradıcı adları əhatələyəcək

Felis Azərbaycan” ilə bağlı daha detallı məlumat üçün “Felis Azərbaycan” internet saytını və sosial media hesablarını izləyə bilərsiniz:

Felis Azərbaycan Facebook

Felis Azərbaycan Instagram

Felis Azərbaycan Twitter

Posted 
Sep 22, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All