A

rtıq yeni rublikamızı elan etməyin vaxtı gəlib çatdı. "İnflunser müsahibələri" rublikamızda Azərbaycanda və eləcə də qlobalda uğurlu olan influnserlərə bizi maraqlandıran bəzi sualları verir, cavablarını da sizlərə təqdim edəcəyik. İlk qonağımızsa gözəllik və moda influnseri Şəbnəm Mustafazadədir (@stylelusion). İlk öncə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edir, gələcək işlərinizdə bol uğurlar arzulayırıq.

Eləysə keçək suallara!

Adım Şəbnəm. Hamı məni Şeba çağırır. 8 ildir dəb və gözəllik sayəsində bloqerlik edirəm. Son 3 ildə izləyicilərimə minimal geyim tərzini və "shopping"i təbliğ edirəm.


Sizin fikrinizcə influnser kimdir? Nəyi etməli, nəyi etməməlidir.

İnflunser sevdiyi, seçdiyi sahə ilə bağlı öz kütləsinə təsir edə bilən insandır. İnfluenser nəyi təqdim edirsə onu kreativ, estetik şəkildə etməlidir, fikrimcə. Onu başqa peşələrdən fərqləndirən xüsusiyyət də budur.


Necə uğurlu influnser olmaq olar?

İndiki zamanda bu həm çox çətindir, həm çox asan. “Özün olaraq” deyərdim.


İnflunser olmaq qərarına necə gəldiniz?

Özümü tanıyandan modaya xüsusi marağım olub. Yaxınlarımın dəstəyilə bu marağı bir addım daha yüksəyə daşımaq istədim və 8 il əvvəl "wordpress"də dəblə bağlı qısa məqalələr yazmağa başladım. Oxucu sayı demək olar 0 idi. Sonra instagram hesabımı açdım və illər ərzində böyük kütlələrə çatmağı bacardım. İnflunser olmaq həyatımda verdiyim 3 ən doğru qərardan biridir. 😊


Sizcə Azərbaycanda influnser olmaq çətindir yoxsa asan?

İşini keyfiyyətli görmək istəyənlər üçün çətinlik həmişə var. Ancaq ümumi mənzərəyə baxsaq əlbəttə ki, asandır (;

Sosial mediadan əlavə nə iləsə məşğul olursunuz

"Digital Marketing" Meneceri işləyirəm. "Oxford Marketing College"də "CIM" üzrə distant təhsil alıram.


Özünüzü bir sözlə ifadə etməli olsaydınız, bu hansı söz olardı?

"Perfectionist"


İndiyə qədər etdiyiniz ən maraqlı və ən uğurlu layihə hansıdır?

Keçən il ölkəmiz də daxil olmaqla Avropanın 11 ölkəsində Avropa futbol çempionatı keçirildi. Çempionatın baş sponsoru "Volkswagen" məhz məni ölkəmizi təmsil etmək adına öz brend elçisi seçdi. Dəfələrlə Almaniyada brend nümayandələrilə müzakirələr, intervülar etdik. Böyük Avropa ölkələrinin kreativ influnserləri ilə birlikdə "Volkswagen" üçün kontentlər hazırladım. Bakının gözəlliyini, burdakı atmosferi "Volkswagen" vasitəsilə Avropaya çatdırmaq çox xüsusi oldu mənim üçün.
Daha bir böyük qlobal təcrübəm ABŞ-nin məhşur moda "shopping" saytı "Revolve.com" ilə oldu. Bu saytda daha çox lyuks markaların geyimləri satılır. Dünyada bütün moda influnserləri  bir gün "revolve" kimi nəhəng platforma ilə əməkdaşlıq xəyalı var. Çünki, "Revolve" saytdan əlavə artıq prestijli influnserlərin bir araya gəldiyi cəmiyyətə çevrilib. 6 aylıq müddətdə "revolve"dan öz moda seçimlərimi, burda adı bilinməyən fərqli dizaynerlərdən geyim kombinlərimi izləyicilərimə təqdim etdim. Bu kontentimin zənginləşməsi cəhətdən əla fürsət oldu mənim üçün.

Dünyada və Azərbaycanda hansı influnserləri bəyənirsiniz?

Josefine HJ, Hannah Schonberg... Daha çox Skandinaviya influnserlərini sevirəm. Ölkəmizdə isə yalnız @stylelusion ((:

İnflunserlər olmaq istəyənlərə məsləhətiniz nə olardı?

Zövqlərini, vizuallaşdırma bacarıqlarını, inkişaf etdirərək başlasınlar. Keyfiyyətə önəm versələr, kəmiyyət də olacaq. Fərqli lakin, göz oxşayan olsunlar. Orijinal olmağa çalışsınlar, kopya etdiklərində belə!

İnsanlar sizi hansı platformalarda tapa bilərlər?

"Instagram" və "Tiktok"da mütəmadi kontent paylaşıram .

Posted 
Jan 14, 2022
 in 
Müsahibələr
 category

Daha çox

Müsahibələr

 kateqoriyasından

View All