Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

“Azərpoçt” ABŞ-dən onlayn çatdırılma xidmətinə başlayıb

“Azərpoçt” ABŞ-dən onlayn çatdırılma xidmətinə başlayıb

Artıq bir ildən çoxdur ki, fəaliyyət göstərən “Azərpoçt”un PostCargo xidməti Amerikadan onlayn sifarişlərin çatdırılmasına başlayıb. Bu barədə “APA-Economics”ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Məlumata görə, indi müştərilər ABŞ-də fəaliyyət göstərən ən məşhur onlayn alış-veriş platformalarından istədikləri əşyaların alışını edə və ölkəyə PostCargo vasitəsilə çatdırılmasına nail ola bilərlər.

Azərbaycanda “OKX” və “ByBit” kriptobirjalarına giriş məhdudlaşdırılıb

Understanding Crypto Fees: Tips To Save Money | GOBankingRates

Azərbaycanda “OKX” “ByBit” kriptobirjalarına giriş internet üzərindən məhdudlaşdırılıb. APA-nın əldə etdiyi məlumata görə, buna səbəb çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsindəki müvafiq tələblərin pozulması olub.

"Google" tərtibatçılar üçün xüsusi süni intellekt modelini təqdim edib

The word “Gemma” and a spark icon with blueprint styling appears in a blue gradient against a black background.

Son zamanlar “Gemini” ilə gündəmdə olan "Google" tərtibatçıları sevindirəcək yeni bir addım atıb. Şirkət "Gemma" adlı yeni süni intellekt modelini elan edib. “Google”un açıqlamasına görə, bu yeni süni intellekt modeli “Meta”nın "Llama 2" adlı modelindən çox daha yaxşı performans göstərir. Gemini-nin bir hissəsi kimi təqdim edilən yeni model tərtibatçılara kömək etmək üçün nəzərdə tutulub.

"Intuitive Machines"in kosmik gəmisi bu gecə Aya enməyə çalışacaq

“Nova-C” heç bir problem olmadığı təqdirdə gecə yarısından sonra Aya enməyə çalışacaq. Qeyd olunub ki, “Nova-C” xüsusi olaraq Ay səthinin cənub tərəfinə enməyə cəhd göstərəcək. Bu missiya böyük əhəmiyyət kəsb edir, çünki ABŞ 1972-ci ildən bu yana Aya möhkəm kosmik gəmi endirə bilməyib.

"Samsung" ağıllı saatlarına süni intellekt gətirir

Galaxy Watch 6 Smartwatch 40mm | Features | Samsung UK

"Samsung" Galaxy seriyası üçün təqdim etdiyi yeni nəsil süni intellekt xüsusiyyətlərini ağıllı saatlara da gətirəcək. Şirkətin menecerlərindən biri olan TM Roh bu yaxınlarda verdiyi açıqlamada süni intellekt yeniliklərini bütün Galaxy cihazlarına, xüsusən də ağıllı saatlara gətirmək istədiklərini bildirib. “Samsung”un köhnə ağıllı saatlarına bu imkanlardan nə qədərinin gələcəyi isə hələ dəqiq deyil.

Posted 
Feb 22, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All