Yenidən işlənmiş “Library” və “Now playing” dizaynı ilə №1 musiqi platforması “Spotify” desktop təcrübəsini daha da yaxşılaşdırıb. Bu yeni təcrübəni mobil tətbiqlə uyğunlaşdırmaqdan ötrü yeni əlavələrlə gündəmə gələn platforma, eyni zamanda tövsiyə olunan mahnılara, podkastlara baxmaq və tapmaq üçün əsas məzmun sahəsini göz önündə, yəni mərkəzdə saxlayır.

Tətbiq pəncərəsinin sol tərəfində istifadəçilər saxladıqları musiqi və podkast kolleksiyalarına sürətli çıxışı təklif edən yeni “Library” bölməsini tapacaqlar. İlkin rəy göstərir ki, yeni “Library” vaxta qənaət edir, daha yaxşı icmal təqdim edir və pleylistlər arasında keçidi asanlaşdırır.

Sağdakı “Now playing” görünüşü nəzərəçarpacaq şəkildə hazırkı gedən mahnı və ya podkastı göstərir. İstifadəçilər, həmçinin musiqi və sənətçi, o cümlədən tur tarixləri və məhsulları haqqında daha çox məlumat əldə edə bilər ki, bu da sevimli sənətçilərlə əlaqə saxlamağa və onlar haqqında daha çox kəşflərə, yeniliklərə aparır.

Yeni dizayn bütün dünya üzrə istifadəçilər üçün bu gün yayımlanacaq.

Posted 
Jun 22, 2023
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All