8-ci dəfə baş tutan Milli Marketinq Forumunda bu il mən də spiker və aktiv dinləyici kimi qatıldım. Bu ilin mövzusu “Öz yolumuz” idi. Forumda diqqətimi çəkən məqamları və məni düşündürən mövzuları paylaşmaq istədim.
1997-ci ildə Don-Miguel Ruiz tərəfindən yazılmış "Dörd Saziş" kitabı həm gündəlik həyatda, həm də iş həyatında bir-birini daha yaxşı başa düşmək üçün müdrik bələdçi təqdim edir. Həyatımızı yaxşılaşdıracaq və daha yaxşı ünsiyyətə işıq salacaq sazişlərə baxarsaq, nədən ibarətdir Dörd Saziş?