O

penAI COO-su (əməliyyatlar üzrə baş direktor) Brad Lightcap bir çox iş sahibinin gözləntilərinin əksinə olaraq, süni intellektin şirkətləri bir gecədə tamamilə fərqli bir mövqeyə gətirməyəcəyini və bunun başlanğıc mərhələsində olan bir texnologiya olduğunu söylədi. O bildirir ki, bir çox şirkət OpenAI ilə əlaqə saxladıqda, süni intellektin bir çox problemləri həll edəcəyini gözləyirlər. Bunlara xərclərin azaldılması və şirkətin böyüməsinin artması kimi böyük, mürəkkəb problemlər daxildir.

OpenAI COO Brad Lightcap on building one AI model to rule them all

OpenAI bu yaxınlarda ChatGPT ilə şirkətlər üçün bir çox faydalı alət təqdim etdi. Məhsuldar süni intellektin bu versiyası şirkətlərin ehtiyaclarına uyğun olaraq fərdiləşdirilə bilən və həssas məlumatların qorunmasına yönəlmiş bir quruluşa sahib idi.

Süni intellekt ilə bağlı göstərilən bu həyəcana baxmayaraq, OpenAI COO-su Brad Lightcap süni intellektin hələ başlanğıc mərhələsində olduğunu və şirkətlərin problemlərini bir gündə həll edə bilməyəcəyini bildirib.

“Süni intellekt problemləri bir gecədə həll etməyəcək”.

Əslində, süni intellekt yeni bir şey deyil, lakin ChatGPT ilə ilk dəfə olaraq, demək olar ki, süni intellektlə qarşılıqlı əlaqə yaratmaq mümkün olub. Məsələn, şahmat oynayan süni intellektlə qarşılaşmaq üçün şahmat oynamalı olduğumuz halda, ChatGPT ilə istədiyimiz mövzuda məlumat əldə edə bilərik. Ona görə də bir çox insana elə gəlir ki, süni intellekt hər şeyi edə bilər.

OpenAI COO-su Brad Lightcap (əməliyyatlar üzrə baş direktor) bidirib:

"Süni intellekt daha da inkişaf edə bilər, lakin süni intellektlə etdiyiniz heç bir iş problemi tamamilə həll etməyəcək".

Süni intellekt hazırda vacib bir yenilikdir, lakin bazarı silkələmək gücünə malik deyil. Bununla belə, yeni modellər mövcud olduqdan sonra bu vəziyyətin gələcəkdə böyük dəyişikliyə məruz qala biləcəyi düşünülür.

Posted 
Dec 5, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All