Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Elon Musk “Tesla Optimus” robotları haqda diqqətçəkən açıqlamalar verib!

Tesla Optimus

Bu sahədə işlərini sürətləndirdiklərini bildirən milyarder iş adamı, gələn il fabriklərdə 1000-ə qədər Optimus robotunu işə salmaq istədiklərini də əlavə edib. O, qeyd edib ki, Tesla “Optimus” satışlarından 1 trilyon dollar gəlir əldə edəcək .

iOS 18, iPhone-a kiçik, lakin faydalı xüsusiyyətlə gəlir!

Apple bu həftənin əvvəlində iOS 18-i rəsmi olaraq istifadəçilərə təqdim etdi. Yeniləmə sayəsində telefonunuzun batareyası bitsə və sönsə belə, telefonunuz ekranda saatın neçə olduğunu göstərə biləcək.

Apple-dan innovativ addım!

News: Apple becomes world's first US$3 trillion company, worth more than  some countries — People Matters

Apple bu ilin sonunda iOS 18 istifadəçilərinə peyklər vasitəsilə mesaj göndərməyə icazə verəcək! Bu yeni xidmət iPhone istifadə edən şəxslərə standart iMessage, həmçinin Android istifadəçilərinə SMS mesajları göndərməyə imkan verir.

Tesla səhmdarları Elon Musk-ın maaş paketini dəstəkləyir!

Photo illustration of Elon Musk surrounded by raining dollar bills.

Tesla səhmdarları bu gün Elon Musk-ın nəhəng ödəniş paketini yenidən təsdiqləmək üçün müsbət səs verdilər. İnvestorlar, həmçinin şirkətin qanuni evinin Delaverdən Texasa köçürülməsi və idarə heyətinin iki üzvünün yenidən təyin edilməsi təklifini təsdiqləyiblər.

Tesla, Avropa İttifaqı ölkələrində Model 3-ün qiymətini artırmağı planlayır!

Avropa İttifaqının Çində istehsal olunan elektrikli mühərriklərə qoyduğu idxal rüsumu səbəbilə Tesla, Model 3-ün satış qiymətini artırmağı hədəfləyir. İttifaqa daxil olan ölkələrdə Tesla veb saytında potensial alıcıları iyun ayında sifarişlərini verməyə çağırdı.

Epic Games Store dəyəri cəmdə 193 AZN olan 2 oyunu ödənişsiz təqdim edir!

Epic Games keçən həftə “Marvel's Midnight Suns” oyununu oyunçulara ödənişsiz təqdim edib. 13-20 iyun tarixlərində isə “Idle Champions of the Forgotten Realms” və “Redout 2” oyunları ödənişsiz şəkildə oynamaq mümkün olacaq.

Posted 
Jun 14, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All