Apple M3 prosessorlu yeni cihazlarını təqdim etdi!
30 oktyabr Apple "Scary Fast" tədbiri baş tutdu. Həmişəkindən fərqli olaraq şirkət yeni qara modellərini gecə təqdim etdi.
Yeni Macbook Pro və iMac-lərin dizaynında əvvəlki nəsillə müqayisədə demək olar ki, heç bir dəyişiklik edilməyib. Apple-ın bu məhsullardakı ən əhəmiyyətli yeniləməsi prosessor ilə bağlı olub.
Tədbirdəki diqqət çəkən məhsullardan biri, şübhəsiz ki, M3 Max prosessorlu 14 və 16 düymlük MacBook Pro idi.
Bəs, şirkətin yeni Mac modelləri istifadəçilərə nə vəd edir?
Noutbukun ən önə çıxan xüsusiyyəti M3 Max prosessoru ilə təqdimatı oldu. M3 Max prosessorlu yeni Mac M1 Pro çipli 16 düymlük modellə müqayisədə 40 % daha sürətlidir.
Şüa izləmə texnologiyası indi Apple kompüterlərində mövcud olacaq!
Oyun dünyasından tutmuş yüksək səviyyəli dizayn və modelləşdirmə işlərinə qədər müxtəlif sahələrdə istifadə edilən "Ray Tracing", nəhayət Windows kompüterlərindən başqa bir ekosistemə də gəldi. Apple bu dəstəyi iPhone 15 seriyasındakı A17 Bionic çiplərində də təqdim etmişdi.
Yeni iMac-lərin isə ekran dizaynı köhnəsi ilə eynidir. M3 prosessoru ilə təchiz olunan yeni modelin ekranı 24 düym ölçülüdür və 4,5K təsvir ölçüsünü dəstəkləyir.
M3 prosessoru M1-dən 30%-ə qədər və M2-dən 15% daha sürətli performans nüvələrinə malikdir. Yeni arxitektura sayəsində prosessor daha çox performans təklif etsə də, əvvəlki prosessorlardan daha az enerji sərf edir.