T
ürkiyənin alkoqollu içkilərin reklamı və tanıtımına qoyulan qadağa səbəbi ilə Efes Pilsen ArtıBir Instagram kanalından gerilla marketinq vasitəsilə ünsiyyət qurmağa davam edir.
Yeni "+1 müşayiət edən ləzzət" layihəsində son zamanlar Master Chef Türkiyə proqramı ilə məşhurlaşan baş aşbaz Somer Sivrioğlu ilə razılaşaraq, Türkiyənin müxtəlif bölgələrindən pivənin yanında yeyilə biləcək və pivəni müşayiət edəcək ləzzətlər təqdim olunur. Layihənin açılışı baş aşbaz Somer-in baş rolu oynadığı bir təqdimat videosu ilə edildi. Növbəti həftələrdə sırayla Egeydən Qaradənizə, Orta Anadoludan Cənubi Anadoluya qədər bir çox ləzzətli məzə reseptləri yayımlandı.
Bu reseptləri izlədikdən sonra adamın ürəyi buz kimi bir pivə istəyir. :)