on zamanlar yerli banklar tətbiq etdiyi dəyişikliklərlə, brend kimliklərinin yenilənmələri ilə gündəmə gəlirlər. Brend kimliyini yeniləyən banklar sırasına bu dəfə Azərbaycan Beynəlxalq Bankı da qatıldı.
Belə ki, yenilənmiş brendini ictimaiyyətə təqdim edən Azərbaycan Beynəlxalq Bankı bundan sonra fəaliyyətini qısaldılmış adı - “ABB” brend kimliyi altında davam etdirəcəyini vurğulayıb.
Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov qeyd edib ki:
“Brend kimliyimizi bazar trendlərinə, müştərilərimizin ehtiyaclarına, yaranmış yeni imkanlara uyğun gücləndiririk. Yeni loqotipimizin xarici kəskin künclərinin yumşaldılması və qapalı elementlərinin aradan qaldırılması dinamizmi və açıqlığı göstərir. Ənənəvi şəbəkə elementi isə brendimizin qloballığını və genişmiqyaslı fəaliyyətini ifadə edir”.
Sloqanını isə “Müasir, Faydalı, Universal” olaraq yeniləyən bank bununla da müştərilərə və tərəfdaşlara təqdim etdiyi dəyərləri vurğulamağa çalışıb.
Brend yenilikləri ilə əlaqədar geniş reklam kampaniyasına başlayan bankın etdiyi bu dəyişiklikləri sosial media hesablarından tutmuş çöl reklamlarında, ofislərinin fasadlarında görmək mümkün olacaq. Sosial media kanallarında yenilikləri elan etdiyi “ABB – Müsair, faydalı, universal qalaraq dəyişirik” başlıqlı bu video çarxda bank transformasiya proseslərinin davamlılığını, bankın çox çeşidli məhsul, xidmətlərini və son 30 ildə loqo tiplərindəki dəyişikliklərin retrospektivini nümayiş etdirir.