F

ləş-mob ideyası “Maverick” komandası tərəfindən irəli sürüldü və bu fəaliyyətdə sözləri Nəbi Xəzrinin, musiqi isə Müslüm Maqomayevin olan “Azərbaycan” mahnısı kiçik orkestr qrupu tərəfindən ifa olundu. Müştərinin Azərbaycan Hava Yolları, istehsalın isə “Baku Media Center” olduğu görüntülər Azərbaycan Mülki Aviasiyasının 85 illik yubileyini incə şəkildə vurğulayır.

Bing Chat Google Chrome və Safari-yə də gələcək

Microsoft is introducing Bing Chat, a new feature with voice search  capabilities, to mobile devices. - Digital Marketing Blog

Bu o deməkdir ki, Chrome-da “ChatGPT-4”ə sahib “Bing Chat”dan faydalana biləcəksiniz. “Microsoft”un Reklam və Veb-Xidmətlər Departamentinin rəhbəri Mikhail Parakhin 3-cü tərəf veb-brauzerləri üçün Bing Chat dəstəyini sınaqdan keçirdiklərini deyib. Hazırda bazarın 78 %-nin “Google Chrome” və “Apple Safari” istifadə etdiyini nəzərə alsaq, bu addım süni intellekt dəstəkli “Bing”in populyarlığı üçün çox vacibdir.

“Motorola Razr 40 Ultra” satış rekordu qırır: Stoklar tükəndi

Motorola Razr 40 and Razr 40 Ultra debut globally with new clamshell  foldable designs - NotebookCheck.net News

Məlumata görə, Çində böyük maraqla qarşılanan “Motorola Razr 40 Ultra” “Motorola” və “Lenovo”nun onlayn mağazalarında və 3-cü tərəf pərakəndə satış mağazalarında tükənib. Rəsmi “Weibo” hesabında paylaşım edən marka “Razr 40 Ultra”nın ilk satışda 10 000-dən çox satış etdiyini açıqlayıb. “Motorola Razr 40 Ultra”nın Çin bazarından sonra iyunun sonunda qlobal bazara çıxacağı gözlənilir.

"Razr 40 Ultra"nın xüsusiyyətləri

“Razr 40 Ultra” ön tərəfdə Full HD+ təsvir ölçüsünü və 165 Hz yeniləmə sürətini dəstəkləyən 6,9 düymlük poOLED qatlanan displeyə malikdir. Cihazın arxa tərəfində isə 1056 x 1066 piksel təsvir ölçüsünə və 144 Hz yeniləmə tezliyinə malik 3,6 düymlük poOLED qapaqlı ekran var. Hər iki ekran “Gorilla Glass Victus” keyfiyyəti ilə qorunur və cihaz IP68 sertifikatını dəstəkləyir, yəni tozasuya davamlıdır.

"ChatGPT" ilk dəfə bir smartfonda hazır quraşdırılmış formada gələcək

ChatGPT, ilk defa bir telefonda yerleşik olarak gelecek!

“OpenAl” tərəfindən hazırlanmış “ChatGPT” artıq bir çox veb-sayt və proqramlara inteqrasiya olunub. Təbii ki, bu da işimizi asanlaşdırır. Sənayedəki xəbərləri ilə tanınan məşhur tipster “Ice Universe”ə görə, “Infinix” “ChatGPT”ni smartfona inteqrasiya edən ilk istehsalçı olacaq. Yəni cihazı ilk dəfə qutudan çıxardığınız zaman süni intellekt hazır quraşdırılmış olacaq. Məlumatlara görə, şirkət “ChatGPT”ni assistent “Folax” ilə birləşdirəcək.

“Windows 11”in istifadəçi sayı günü-gündən azalır

Windows 11 начала терять пользователей. Что происходит?
Statcounter

Təqdimatından 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, “Windows 11” hələ də istənilən istifadəçi sayına çatmayıb. Bu azmış kimi son 1 ayda əməliyyat sistemindən istifadə edənlərin sayında da azalma müşahidə olunub. “Statcounter”in may ayına olan açıqlamarına görə, “Windows 11”in istifadə nisbəti 22,95 %-ə enib. Keçən ay bu göstərici 23,11 % faiz idi.

“Microsoft” uşaqların məlumatlarını gizlətdiyinə görə 20 milyon dollar cərimə ödəyəcək

US fines Microsoft $20M over child data violations | The Manila Times

ABŞ Federal Ticarət Komissiyasının (FTC) irəli sürdüyü ittihama görə, “Microsoft” Uşaqların Onlayn Məxfiliyinin Qorunması Aktını (COPPA) pozub. “FTC”nin verdiyi açıqlamada isə şirkət 13 yaşından kiçik uşaqların şəxsi məlumatlarını öz serverlərində qeyri-qanuni uzun müddət saxlayıb. “FTC”yə görə, “Microsoft” bunu 2021-ci ilin sonunadək edib. ABŞ Ədliyyə Nazirliyinin təkidi ilə “Microsoft” məcburi bəzi dəyişikliklərə getməlidir.

 “Apple” ABŞ ordusu üçün AR eynəklər istehsal edən şirkəti alıb

“Mira” şirkəti “Nintendo World”“Universal Studios” kimi məşhur əyləncə parklarında istifadə olunan AR eynəklərinin istehsalı ilə tanınır. Şirkətin daha əvvəl ABŞ Hərbi Hava QüvvələriHərbi Dəniz Qüvvələri ilə müqavilə imzaladığı da məlumdur. “Apple”ın bu şirkəti alması “Vision Pro” elanından dərhal sonra baş verib. Parklarda “Mario Kart: Bowser's Challenge” kimi AR təcrübələr vəd edən “Mira” önümüzdəki günlərdə “Apple” ekosisteminə daxil olacaq.

Posted 
Jun 7, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All