Kriştiano Ronaldo “Binance”la birlikdə "NFT" təqdim etməyə hazırlaşır

Futbol ulduzu Kriştiano Ronaldo kriptovalyuta birjası Binance ilə çoxillik NFT ortaqlığına imzaladı. Əməkdaşlıq qlobal NFT kampaniyaları vasitəsilə futbol azarkeşlərini Web3 ekosistemi ilə tanış etmək məqsədi daşıyır.

“eBay” "NFT" satış platforması “KnownOrigin”i alır

Onlayn ticarət nəhəngi eBay, NFT ekosisteminə investisiyalarına KnownOrigin NFT bazarını əlavə etdi.

Citibank kriptovalyutası olan müştərilər üçün çalışır

Qlobal bank öz istifadəçiləri üçün korporativ rəqəmsal aktivlərin saxlanması potensialını inkişaf etdirmək üçün İsveçrədə yerləşən "METACO" texnologiya şirkəti ilə əməkdaşlıq etdiyini mətbuata açıqladı. Bu, "Citi"yə rəqəmsal aktivlərin saxlanması imkanlarını inkişaf etdirməyə və sınaqdan keçirməyə, həmçinin müştərilərə rəqəmsal aktivləri saxlamaq və ödəmək imkanı vermək üçün geniş şəbəkəsindən istifadə etmə imkanı verəcək.

"Spark AR" ilə "Instagram Stories"də "NFT"ləri sınaqdan keçirmək mümkün olacaq.

Instagram-ın ana şirkəti Meta bu həftə artırılmış reallıq platforması Spark AR-dan istifadə edərək Instagram Stories-də NFT-ləri sınaqdan keçirməyə başlayacağını açıqladı.

"Deloitte" və "NYDIG" bizneslərə "Bitcoin"i mənimsəməyə kömək etmək üçün əməkdaşlıq etdilər

Deloitte, bütün ölçülü şirkətlərə rəqəmsal aktivləri tətbiq etməkdə kömək etmək üçün Bitcoin mərkəzli maliyyə xidmətləri firması New York Digital Investment Group (NYDIG) ilə əməkdaşlıq etdi.

Bu əməkdaşlıqla Deloitte bankçılıq, mükafat proqramları və digərləri kimi Bitcoin məhsulları daxil olmaqla bir çox sahələrdə blokçeyn və rəqəmsal aktivlərə əsaslanan xidmətləri təmin etmək istəyir.

“Shopify” yeni "Tokengate" funksiyasını elan edib

Bu il hazırlanmış yeni Consumer Connect Initiatives proqramının bir hissəsi olaraq, Shopify tacirlərə pərəstişkarları ilə əlaqə saxlamağa və token sahibləri üçün eksklüziv məhsullar yaratmaqla satışları artırmağa imkan verəcək. “Tokengate” adlanan startap hazırda erkən girişdə beta mərhələsindədir.

Mark Zükerberq “Metaverse” üçün rəqəmsal pulqabını təqfim etdi: “Meta Pay”

Meta, Facebook Pay rəqəmsal pul kisəsini Meta Pay olaraq rebrendinq etdi və dəyişikliyi şirkətin öz metaverse versiyası üçün pul kisəsi yaratmaq yolunda "ilk addım" adlandırdı.

"Solana Mobile" "Web3" üçün "Android" telefonunu təqdim etdi

Solana tends to make Web3 smartphones, dApp keep – CoinLive

"Saga" adlı Android əsaslı Web3 telefonu Solana Labs altında yerləşən Solana Mobile şirkəti tərəfindən ekosistemə təqdim edilib. Alıcılar bu gündən öncədən sifariş verə bilərlər, lakin çatdırılma 2023-cü ilin əvvəlinə qədər həyata keçirilməyəcək.

Eminem və Snup Doq yeni klipdə "BAYC" personajlarına çevriliblər

Snoop Dogg and Eminem's Bored Ape music video is here to try and sell us on  tokens - The Verge

NFT və metaverseyə olan marağı ilə tanınan Snoop Eminemlə birlikdə yeni klipini təqdim edib. Hər şeydən əvvəl, video NFT-lərin kommersiya istifadə hüquqları və sahələri ilə bağlı gələcək üçün ipucu verir.

"GameFi" kripto çöküşünə baxmayaraq böyüməyə davam edir: "DappRadar" hesabatı

GameFi: Is The Dawn of Play-to-Earn Games 'Infinitely Convincing'? –  crypto.news

Hesabat göstərir ki, kriptovalyuta bazarlarındakı dəyişkənlik və cari eniş tendensiyası investisiyaların və layihələrin böyüməsinə mane olmur.

Həftənin əsas xəbərləri bunlar idi. Gələn həftə yenidən görüşmək ümidi ilə, sağ olun.

Posted 
Jun 29, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All