Samsung Galaxy Z Flip5” əhəmiyyətli dizayn dəyişikliyi ilə özündən bəhs etdirə bilib. Son sızan xəbərlərə görə, “Galaxy Z Flip 5” daha böyük örtük ekranına sahib olacaq. Bunun sayəsində istifadəçilər telefonlarını açmadan bəzi funksiyaları daha rahat yerinə yetirə biləcəklər. Telefon səthinin böyük bir hissəsini əhatə edən ön ekran kamera linzaları ilə vəhdət təşkil edir. İlk dəfə 2020-ci ildə təqdim olunan “Galaxy Z Flip” modellərində 1,1 düymlük ekrandan istifadə etmişdi. “Galaxy Z Flip 3”də isə bu, 1,9 düym idi. Qatlana bilən ekrana sahib flaqman modelinin ön ekranının ölçüsü 3,4 düymlük olacağı gözlənilir.

Telefonun əsas ekranının isə əvvəlki modellərdə olduğu kimi 6,7 düym olacağı gözlənilir. “Snapdragon 8 Gen 2” prosessoruna sahib olacağı gözlənilən telefonun RAM tutumunun 8 GB olacağı da xəbərlər arasındadır. Telefon, həmçinin “IP68” (suya və toza davamlılıq) sertifikatına sahib olacaq.