P

andemiya səbəbilə dörd ay təxirə salınan “Roland Garros”da ikinci tur matçları ilə davam edir. Burada son üç ildə üst-üstə çempion olan ispan tennisçi Rafael Nadal 13-cü çempionluğuna çatmaq üçün mübarizə aparır.

Dünən axşam 2-ci sıradakı Rafael Nadal 211-ci sıradaki Amerikan oyunçu Mackenzie McDonald ilə qarşılaşdı. Karyerasının 20. “Grand Slam”ini qazanmağı hədəfləyən Nadal ümumilikdə 1 saat 40 dəqiqə davam edən qarşılaşmada qalib gəldi. Bütün dünyada tennisçilər tərəfindən izlənilən qarşılaşma 6-1, 6-0 və 6-3 setləri ilə başa çatdı.

Nadalın rəqibini çətinlik çəkmədən məğlub etdiyi matçın sonunda nəticə ekranda “M. Mcdonald” və “R. Nadal” qısaldılmış ifadələri ilə əks olundu. Buradakı fürsəti əldən verməyən Burger King France nəticənin ekran görüntüsünü çəkdi və məzəli bir yazı paylaşdı.

Burger King France fast-food dünyasında əzəli rəqibi McDonald's ilə Mackenzie McDonald soyadının oxşarlığından istifadə etdi. Fast-food zənciri Nadalın böyük fərqlə qazandığı oyundaki hesabın skrinşotunu paylaşdı və Nadala "Yəqin ki, hələ də acsan" yazdı. McDonaldı udmağına baxmayaraq doymayan Rafael Nadalı “Burger King”ə dəvət etdi.

Bu fikri anlıq görüntüdən çıxaran “Burger King France”ın marketinq və sosial media işçiləri diqqətəlayiq bir işə nail oldular. Yazı dərhal 55 mindən çox bəyənmə və 13 mindən çox retvit aldı.

Posted 
Oct 1, 2020
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All