hatGPT”nin ziyarətçiləri artıb

Qısa müddətdə texnologiya və süni intellekt dünyasının ən maraqlı layihələrindən birinə çevrilən "ChatGPT", fevral ayında ümumilikdə 1 milyarddan çox ziyarət alıb. Ziyarətlərin ümumi sayına baxdığımızda əlavə edək ki, "ChatGPT" veb saytı "Bing" axtarış sistemini belə üstələyir.

"ChatGPT"nin veb-saytı fevral ayında 1 milyarddan çox, "Bing" veb-saytı isə cəmi 831 milyon dəfə ziyarət edilib. "ChatGPT"ə gəldikdə isə, bu sayt hələ də inkişaf etməyə davam edir.
"Starlink"in rəqibi peydə olub

Deyəsən, kosmos peyklərində artım olacaq. "Amazon" 2024-cü ilin birinci yarısında kosmosa ilk internet peyklərini buraxmağı planlaşdırır. Şirkət kosmosa 3000-dən çox peyk göndərəcək."Starlink"n uğurundan sonra "Amazon"da da peyk interneti yaratmaq istəyi yaranıb. 2024-cü ilin ilk yarısında kosmosa ilk internet peyklərini buraxmağı planlaşdıran nəhəng şirkət, peyklərin kosmosa göndərilməsindən qısa müddət sonra sınaqlara başlayacağını da açıqlayıb. "Starlink"in uğurlu işlərindən sonra indi də "Amazon"un sırasıdır. Gözləyək, görək proses nə qədər uğurlu olacaq.
“İPhone 15” baha başa gələcək!

“iPhone 15 Pro” seriyasının qiyməti artacaq. Buna səbəb ABŞ-da 1000 dollardan başlayan “iPhone 14 Pro” modellərində inflyasiyasının olmasıdır. iPhone 15 seriyasının standart modellərinin “USB-C” portu və “Dynamic Island” kimi kritik dəyişikliklərlə gəlməsi gözlənilir. “Pro” modellərinin isə bu təkmilləşdirmələrə əlavə olaraq daha fərqli formada çərçivəyə sahib olduğu deyilir.
“SpaceX”in məxfi sənədləri oğurlandı!

Elon Musk üçün yeni bir şok yaşanıb. Belə ki, “SpaceX” raketləri hakerlənmiş ola bilər. “SpaceX”in istehsal tərəfdaşına hücum edən bir haker qrupu, raket dizaynlarını oğurladıqlarını iddia edib. Haker qrupu Texasda yerləşən “Maximum Industries”dən 3000 çertyoj sızdırdığını və bu faylların tezliklə satışa çıxarılacağını söylədi. “Darkweb”də İlon Maskı tənqid edən qrup “SpaceX”ə açıq-aşkar meydan oxuyub.
“ChatGPT”ə rəqib gəlir
“OpenAI”nin keçmiş əməkdaşları tərəfindən qurulan “Anthropic” şirkətindən “ChatGPT”yə bənzər bir proqram: “Claude”. Digər AI çat botlarından fərqli olaraq, “Claude” daha az qərəzli cavablarla daha təhlükəsiz nəticələr təklif etməyi hədəfləyir. Hansı ki, onun inkişafı daha sürətli şəkildə dünyaya müsbət təsir göstərəcək. “OpenAI”nin keçmiş işçiləri Daniela Amodei və Dario Amodei tərəfindən yaradılan “Anthropic”in bu məhsulu, “ChattGPT”yə bənzər olsa da.

Ümumilikdə isə proqram, “ChatGPT”dən çox da fərqlənmir, yalnız iki fərqli cəhəti var. Birincisi, “Claude” ilə söhbət etməyin daha asan olması, ikincisi isə onun söhbət zamanı zərərli nəticə çıxarma ehtimalının az olmasıdır.
“Google” sağlamlıqla bağlı dəyişikliklər edir

Şirkət öz bloq yazısında illik sağlamlıq yoxlanmalarını asanlaşdırmaq üçün yenilik etdiklərini elan etdi. “Google” ABŞ-da yaşayan insanların onlara ən yaxın ucuz xəstəxananı tapma prosesini asanlaşdıracağını açıqladı. Onlar qeyd edib ki, son vaxtlar istifadəçilər öz axtarış nəticələrində pulsuz və ucuz tibbi xidmət təklif edən xəstəxanaları daha çox axtarışa verirlər. Bu qurumların “Pulsuz və ya ucuz baxım” başlığı altında siyahıya alınacağı açıqlanıb. Şirkətin məqsədi insanların ilkin tibbi xidmətə çıxışını asanlaşdırmaqdır.

“Linkedln” süni intellektdən istifadə etməyə başlayır

Şirkət öz açıqlamasında süni intellekt köməkçisini işə qəbul elanları yazmaq və proqramdakı profilləri redaktə etmək üçün istifadə edəcəklərini bildirib. Bu ayın əvvəlində, “LinkedIn”, platformasında daha çox insanın görməsi üçün insanların xəbər lentlərində Al ilə bağlı paylaşımlar edərkən bunun nəticəsinin müsbət olacağı gözlənirdi. Lakin bu proses heç də müsbət nəticə vermədi. Son vaxtlarda insanların “Linkedln” vasitəsilə işçi və iş tapma səviyyəsinin artdığını nəzərə alsaq, süni intellektdən bu cür istifadənin heç də mənfi nəticələri alacağını deyə bilmərik. Ümid edək ki, bu proses “Linkedln” və onun istifadəçiləri üçün müsbət nəticələr verəcək.