Ə

vvəla Code Academy-nin fəaliyyəti barədə qısa məlumat verək. 2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir.

Code Academy proqramlaşdırma-müəllim axtarır - iş  elanları,işyeri,işçi,iş,vakansiyalar,iş vakansiyaları

Ölkəmizdə IT tədrisi üzrə xüsusi rol oynayan Code Academy, “Karyeranı Yüksəlt” təqaüd proqramının 74 məzununun iştirakı ilə bu il ikinci dəfə Code8 adlı hakaton təşkil edib. 8 saat davam edən hakatonda 6 komanda 6 layihə hazırlayaraq, jüri heyətinə təqdim edib.

Hakatona start verilməzdən əvvəl komandalardan istənilən tapşırıq isə bu formada olub:

"Onlayn platformaların çoxaldığı bir dövrdə tələbələr kursa ətraflı məlumat almağa gedib vaxt itirməmələri üçün anket doldurmağa ehtiyac var. Artıq heç bir tələbə istəmir ki, gedib tədris müəssisəsində məlumat alsın. Hər şey onlayn platformalara köçürüldüyü üçün komandalar bir neçə mərhələdən ibarət olan anket app-i hazırlamalıdır".

Hakatonda müxtəlif sahələr üzrə tədris almış məzunlardan ibarət komandalar arasında ən yüksək nəticə əldə etmiş “Proxies” komandası qalib gəlib.

Code8 hakatonu Technest təqaüd proqramı ilə təhsil alan iştirakçıların karyeralarına dəstək məqsədi ilə icra olunur. İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin Technest təqaüd proqramı hazırda da Code Academy-də icra olunmağa davam edir. Akademiya innovativ tədris metodları və xüsusi yanaşması ilə tələbələrin iş həyatına yönəldir, onların qısa zamanda yüksək maaşla işə başlamalarına dəstək olur.

Technest təqaüd proqramı çərçivəsində icra olunmuş “Karyeranı Yüksəlt” təqaüd proqramına seçilmiş iştirakçılar tədris müddəti ərzində aşağıdakı sahələr üzrə təhsil alaraq Code8 hakatonunda praktiki cəhətdən bacarıqlarını sübut ediblər.

- Mobile app development

- Cyber security

- Data science

- Front-end development

- Back-end development

- Advanced UX/UI

Ölkəmizin əmək bazarına bu günə qədər 8000 nəfərdən çox IT mütəxəssisi qazandıran Code Academy hazırda 2000 nəfərə yaxın aktiv tələbəyə Proqramlaşdırma, IT və kibertəhlükəsizlik, Dizayn, Digital Marketinq sahələri üzrə tədris verir.

Code Academy-nin fəaliyyəti ilə bağlı daha ətraflı məlumatla https://code.edu.az/ rəsmi veb saytına daxil olaraq tanış ola bilərsiniz.

Posted 
Nov 2, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All