D

eyəsən “PS5 Pro”nu görə bilməyəcəyik…

“Sony”nin bildirdiyinə  görə, “PS5 Pro” buraxılmaya bilər, bütün resursların “PS6” üçün qorunduğu bildirilir. Eyni anda yeni “PlayStation” modeli üçün resurslar ayırmaq istəməyən “Sony”, bütün enerjisini “PlayStation 6” üçün toplayır. Hətta Mark Cerny belə yeni dizayn komandasına rəhbərlik edə bilər. “Sony” “PlayStation 6” konsolunun əməkdaşlığı, marketinqi, aparat və proqram təminatının inkişafı üçün əhəmiyyətli resurslar ayırmışdır. Buna görə də, “PS5 Pro” layihəsi ləğv edilmiş ola bilər. “PS6”nın ən tez 2028-ci ildə çıxacağı gözlənilir. 

Qoyun, mailinizi süni zəka yazsın

“Google”dan “Gmail”ə süni intellekt dozası: Artıq e-poçtlarınızı “Gmail”də yazmağa ehtiyacınız olmayacaq. “Google” tezliklə süni intellekt yarışında rəqibləri ilə ayaqlaşa bilmək üçün “Workspace” məhsullarına yeni funksiyalar əlavə edəcək. Bunlara “Google” sənədlərində süni intellekt ilə mətn yaratmaq, ümumiləşdirmək və lazım olan sualları soruşmaq (ChatGPT-yə bənzər), istifadəçilər qısa sorğular əsasında Gmail-də tam e-poçtlar tərtib edə bilərlər, slaydlarda təqdimatları göstərmək üçün süni intellekt displeyləri də bura daxildir. “Google” həmçinin qeyd edir ki, o, qeyd edilmiş qaralamanızı daha geniş hala sala bilər. Məsələn, bir görüşdə vacib mövzuları qeyd etmisiniz, daha sonra sənədlərdə bu elementlərin "daha qısa xülasəsini" tələb edə bilərsiniz. Siz bu yazını qısalda və ya genişləndirə bilərsiniz. Eyni zamanda bu prosesləri həm rəsmi, həm də daha əyləncəli dildən istifadə edərək həll edə bilərsiniz. Bu yeniliklə videodan tanış ola bilərsiniz:

“Meta” yenə işçilərini qovur

“Meta” 10 mindən çox insanı işdən çıxaracaq. Daha əvvəl 11.000 işçini ixtisar edən “Meta”nın, işçi qüvvəsi cəmi dörd aydan sonra daha 10.000 nəfər azalır. İşçilərin səylərinə görə təşəkkürünü bildirən Zukerberq, struktur dəyişdikdən sonra hər qrup üçün bağlanılmış işə qəbul və transfer vakansiyalarını yenidən aktiv edəcəklərini bildirib. Onu da qeyd edək ki, bu ixtisarlardan sonra Zukerberqin şəxsi təhlükəsizliyi üçün ayrılmış məbləğ, 10 milyon dollardan 16 milyon dollara kimi artıb. Bu da vəziyyətin nə qədər gərgin olmasını göstərir. 

Bu robot suda da işləyə bilir

Suyu boşaltmadan hovuzu təmizləyə bilən ağıllı təmizləyici funksiyalı “Dengri Zima Pro” adlı robot, ultrasəs radar sayəsində hər nöqtəyə çata bilir və istənilən hovuzu suyu boşaltmadan təmizləyə bilir. Dayanıqlı məhsulların hazırlanması və mühəndislik-dizayn şirkəti olan “Degrii”, ultrasəs radarından istifadə edərək dünyanın ilk simsiz ağıllı hovuz təmizləyici robotunu hazır edib. “Dengri Zima Pro” adlı robotla istənilən hovuzu, suyunu boşaltmadan təmizləmək mümkündür.

Üç saat yarımlıq batareya müddəti ilə simsiz hovuz təmizləyici robot 5000 kvadrat fut (təxminən 464,5 kvadratmetr) ərazini təmizləyə bilir. Qabaqcıl ultrasəs radar texnologiyası sayəsində bu robot, yerdəki daşları, qayaları və ya hər hansı maneələri aşkar edərək onlardan qaça bilir. Onun Wi-Fi ilə suya davamlı batareyası “Zima Pro”ya kabel vasitəsilə qoşula bilər. Eyni zamanda o, özünü avtomatik olaraq qoruma özəlliyinə də sahibdir. 

"Togg T10X”dən yenilik!

"Togg T10X" yeni elektrikli avtomobillərini təqdim edib. İlk istehsaldan elektrikli, bağlantılı və həyatınızı asanlaşdıracaq həllərlə dolu, bir avtomobildən daha artığıdır. Qeyd edək ki, 16-27 mart tarixlərindən etibarən ön sifarişlərinizi verə bilərsiniz. 

“Microsoft”dan gözlənilməz addım

“Microsoft” şirkəti etik dəyərlər üzrə süni intellekt komandasını işdən çıxarıb. Bu ilin əvvəlində “Microsoft” 10.000 işçisini ixtisar edəcəyini açıqlamışdı. Görünür şirkət bu ixtisarı etik qaydalar üzrə süni intellekt komandasına qapını göstərərək gerçəkləşdirib. Bəs biz necə, artıq etik dəyərləri olmayan süni intellektə doğru irəliləyirik?

Düzünü desək, bu addım mübahisəli süni intellekt alətlərinin əsas istifadəyə təqdim etdiyi bir vaxtda, “Microsoft”un məhsul dizaynı və süni intellekt prinsiplərini birləşdirməsi istəyini şübhə altına alır. Əvvəlki xəbərlərimizdə qeyd etdiyimiz kimi, “Microsoft” “ChatGPT” və “DALL-E 2”nin aid olduğu “OpenAI” ilə tərəfdaşlığına daha milyardlarla sərmayə qoymuşdu. Düzzünü desək, bu qədər yatırımdan sonra, bu qədər işçinin qovulması isə o qədər də məntiqli görünmür. 

Posted 
Mar 15, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All