Peel P50 traktordan daha yavaş idi!

"Quadrant" YouTube kanalı tərəfindən yeni bir video yayımlanıb. "Yaşıl Cəhənnəm" olaraq da bilinən "Nordschleife" 20,7 km uzunluğundakı dolama yolları ilə dünyanın ən çətin yarış yollarından biri kimi tanınır. YouTuber bu trekdə 50 cc mühərriki ilə 3 təkərli Peel P50-dən istifadə etmək qərarına gəlib. O bütün treki bir saatlıq icarəyə götürüb və bir dövrəni 25 dəqiqə 44 saniyə ərzində başa vurub. Qeyd olunan bu müddətlə rekord qırsa da, onun yalnız bir dövrə vurduğunu unutmayaq. Onu da deyək ki, Peel P50 əslində bir traktordan daha yavaş idi.

Posted 
Oct 27, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All