1

997-ci ildə Don-Miguel Ruiz tərəfindən yazılmış "Dörd Saziş" kitabı həm gündəlik həyatda, həm də iş həyatında bir-birini daha yaxşı başa düşmək üçün müdrik bələdçi təqdim edir. Həyatımızı yaxşılaşdıracaq və daha yaxşı ünsiyyətə işıq salacaq sazişlərə baxarsaq, nədən ibarətdir Dörd Saziş? 

I Saziş :

İstifadə etdiyimiz sözləri diqqətlə seçmək. İstifadə etdiyimiz sözlərdə qüsursuz olmaq. Ağzımızdan çıxan sözlər məhz özümüzün yaratdığımız şeylərdir, yəni bizim yaratmaq gücümüzü əks etdirir. Düşünürkən istifadə etdiyimiz sözlər həyatımızdakı hadisələri formalaşdırırıq və bu yaradılış zamanı bəzən kiçik bir yanlış məlumat insanlar arasındakı ünsiyyətə zərər verir. Belə ki, sözlərimizə diqqət yetirdikdə, özümüzü daha yaxşı ifadə edəcək və başqalarıdan mənfi təkliflər gəldikdə, ona qarşı immunitet qazanacağıq və bizə deyilən mənfi sözlərdən təsirlənməyəcəyik

II Saziş :

Heç bir şeyi şəxsi qəbul etməyin. Şəxsi qəbul etmək yalnız o halda mümkündür ki, siz də deyilənlərin doğruluğunu fikirləşirsiniz. Biz tez-tez hər şeyin "özümüz haqqında" olduğunu düşünürük. Hər şeyin mərkəzində olduğumuzu düşünürük. Əksinə, hadisələri obyektiv qiymətləndirəndə, özümüzə güvənməyi öyrənəndə, başqalarının bizə dediklərinə inanıb inanmamağı seçmək azadlığı əldə edirik.

Saziş III:

Fərziyyə irəli sürməmək . Hər şeyə dair fərziyyələr irəli sürməyə meylimiz var. Fərziyyələr irəli sürməkdə problem odur ki, bizim fərziyyələrimizin doğru olduğuna inanırıq.

Çünki bir şeyi başa düşmədiyimiz zaman fərziyyələr irəli sürərək onu anlamağa çalışırıq. Özümüzü güvəndə hiss etmək üçün hər şeyə məna vermək, izah etmək, hər şeyi anlamağa çalışmaq və anladıqlarımızın doğru olduğunu əsaslandırmaq lazımdır.Hər məsələdə fərziyyələr irəli sürürək problemlərin ortaya çıxmasına zəmin yaradırıq, ona görə də sual vermək həmişə fərziyyələr irəli sürməkdən daha yaxşıdır.

Saziş IV:

Həmişə əlinizdən gələnin ən yaxşısını edin. Bütün şəraitlərdə ən yaxşısını etməyə cəhd göstərmək. Əlimizdən gələnin ən yaxşısını etməklə, həyatı tam və intensiv şəkildə yaşayırıq. Biz məhsuldar oluruq və özümüzü əlimizdən gələn ən yaxşı şəkildə ailəmizə, işə, cəmiyyətə, hər şeyə həsr edirək hərəkətə keçirik.

Qısaca Dörd Saziş :

I Saziş: İstifadə etdiyiniz sözləri diqqətlə seçmək
II Saziş: Heç bir şeyi şəxsi qəbul etməmək
III. Saziş: Fərziyyələr irəli sürməmək
IV. Saziş: Hər zaman əlinizdən gələni etmək 

Bu dörd sazişdəki təlimlərdən xəbərdar olduqdan sonra, özümüzü daim təkmilləşdirmək və yeniləmək gücümüz var, əlbəttə ki, hamımız insanıq və mükəmməllik həmişə mümkün və real deyil. Odur ki, bu təlimləri gün ərzində xatırlamaq və onları beynimizdə saxlamaq bizi günü-gündən irəli aparacaq. Əlimizdən gələni etməyə çalışdığımız zaman özümüzü qəbul etməyi də öyrənirik. Bunun üçün şüurlu və cəsarətlə səhvlərimizdən dərs almağı öyrənməliyik. Səhvlərimizdən dərs almağı öyrənmək təcrübə etmək, nəticələrə vicdanla baxa bilmək və davam etmək deməkdir. Biz həmişə əlimizdən gələni etməyə çalışdığımız zaman transformasiya ustası oluruq. Hərəkət etmək bizi ustalaşdırır, təkrarlar isə fərqi yaradır. Bu şəkildə əlimizdən gələni etməyə çalışaraq hər zaman daha yaxşı oluruq.

Dörd Sazişin müdrikliyi və hərəkətin gücü ilə hər gün daha da yaxşılaşan ünsiyyətli günlərə
Posted 
May 8, 2022
 in 
Məqalələr
 category

More from 

Məqalələr

 category

View All

Join Our Newsletter and Get the Latest
Posts to Your Inbox

No spam ever. Read our Privacy Policy
Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.