Y

aradıcılıq, əyləncə, xəyal gücü və öyrənmə anlayışlarını özündə cəmləyən Lego, sözsüz ki, dünyanın ən uğurlu markalarındandır.

Leqonun hekayəsi, Billund-Danimarkada bir dülgərin Ole Kirk Christiansenin emalatxanasında başlayır. Ole Kirk, 1932-ci ildə taxta oyuncaqlar hazırlayaraq işə baslayır. 1934-cü ildə markasına “Lego” adını qoyur. Şirkətin adı Danimarka dilində “yaxşı oyna” mənasına gələn “leg godt” söz birləşməsindən yaranıb. “Lego”nun Latınca mənasının “bir yerə toplamaq” olması da maraqlı bir təsadüfdür.

Danimarkada paytaxtından sonra ən çox ziyarət edilən yer, 1968-ci ildə qurulan dünyanın ilk Lego parkıdır. 2013-cü ilin may ayında New York-da ən böyük lego modeli yaradıldı, “X-wing fighter”in həqiqi ölçüsündə olan model üçün 5 milyard lego detalı istifadə edildi. 2015-ci ildə artıq cəmi 600 milyard lego detalı istehsal edilmişdi.

2015-ci ilin fevral ayında isə “Lego” “dünyanın ən güclü markası” adını “Ferrari”nin əlindən almağı bacardı.

“Lego” marka dəyərlərini yaradıcılıq, əyləncə, xəyal gücü, öyrənmə, keyfiyyət olaraq tamamlayır. Ən önəmlisi isə uşaqların inkişafına önəm verir. Şirkətin missiyası gələcəyin yaradıcılarına ilham olmaq və onların inkişafına dəstək olmaqdır. Vizyonu isə oyun yolu ilə öyrənmədir. “Lego”nun vədləri arasında oyun yolu ilə yeniliklər yaratmaq, bərabər kəsf etmək və yeni dəyərlər yaratmaq var. “Lego”, sonsuz yaradıcılıq, seçim və hər zaman oyun oynaya bilmə imkanı verən əvəzsiz bir oyuncaqdır.

“Lego”nun qurucusunun nəvəsi və hazırki sahibi Kjeld Kirk Kristiansen markanın uğur hekayəsini danışarkən deyir ki,

“Hamımız yaşlanırıq, amma böyümək məcburiyyətində deyilik”.

Legonun, şirkət mədəniyyətinə, insan haqqlarına və ətraf mühitə önəm verən bir quruluş sistemi var.

Sonda isə qeyd edək ki, keçən həftə “Hər kəs mükəmməldir” sloqanı ilə “Qürur həftəsi” xatirəsinə özəl hazırladığı yeni göyqurşağı rəngindəki seriyasını təqdim etdi. Məqsədi isə hər kəsə önəm verdiyini göstərərək maarifləndirmə aparmaqdır. Çünki lego sevənlər çox fərqli şəxsiyyətə sahib, fərqli insanlardır. “Lego” isə bir marka olaraq bunu əks etdirə biləcək gücə sahibdir.

Posted 
Jun 5, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All