3

0 il öncə istehlakçılara təqdim edilən və Azərbaycanın bütün bölgələrində fərqli çay çeşidləri ilə rəğbət qazanan “Finalçay eyni keyfiyyətə sadiq qalaraq bir klassikanı yaşadır.

Yubiley münasibətilə bir sıra yeniliklərə imza ataraq alıcılarına unudulmaz anlar yaşadan sevilən çay markası 30 illiyinə həsr etdiyi reklam çarxını Azərbaycanın məşhur estrada, opera müğənisi, aktrisa, Azərbaycan Respublikasının xalq artisti Flora Kərimovanın iştirakı ilə təqdim etdi. Yubiley reklam çarxının məzmununda Flora Kərimovanın illərdir dəyişməyən səs rəngi, klassik avazı, unudulmaz ifası “Final” çayın klassik dadı eyniləşdirilir, vəhdət təşkil edir.  

İllər ötsə də, insanlar və məkanlar dəyişsə də, “Final” çayının ilk günkü keyfiyyətinin, orijinallığının, ləzzətinin və təbiiliyinin dəyişmədiyi diqqətə çatdırılır. Müasir texnologiyaların tətbiqi ilə müştəri istəklərini, zövqlərini, keyfiyyəti əsas tutaraq, inkişaf edən və yeniliklərlə hər zaman istehlakçıları diqqətdə saxlayan “Final” çay unikal çeşidləri ilə dünən olduğu kimi bu gün də, sabah da klassik dadın göstəricisi olacağını vəd edir, və çay paketlərində də bunu ifadə edir. Flora Kərimovanın zərif səsinin müşayiəti ilə səslənən “Dünya köhnə dünyadır” mahnısı isə reklam filmini izləyən hər kəsin ruhunu oxşayır.

30 ildir keyfiyyətini qoruyan “Final” çayın yeni məhsulu ULTRA EARL GREY artıq çay sevərlərin qarşısındadır! Dolğun berqamot ətri və dadıyla çay sevərlərə fərqli hisslər yaşadacaq “Final”, ULTRA EARL GREY çeşidi ilə çay sevərlərə yeni bir dad təqdim edir.

Posted 
Apr 27, 2021
 in 
Yaradıcılıq
 category

More from 

Yaradıcılıq

 category

View All

Join Our Newsletter and Get the Latest
Posts to Your Inbox

No spam ever. Read our Privacy Policy
Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.