A
BŞ Müdafiə Nazirliyi UFO-larla bağlı məxfilikdən çıxarılan məlumatları və videoları üzə çıxarmaq məqsədilə internet saytı istifadəyə verib.
Sayt UFO-lar haqqında ictimaiyyətə açıq məlumatlar vermək üçün nəzərdə tutulub. Pentaqon sözçüsü Ryder bildirib ki, vebsayta tez-tez verilən suallar bölməsi, rəsmi hesabatlar və ictimaiyyətə faydalı ola biləcək digər mənbələr daxildir. Hal-hazırda saytda bəziləri "təsnif edilməmiş" və ya "həll edilməmiş" kimi etiketlənmiş bir neçə video, həmçinin "tezliklə" kimi etiketlənmiş bölmələr var.
All-domain Anomaly Resolution Office adlı sayta keçid edib şəkildə göstərildiyi kimi aşağı hissəyə keçid edərək videoları izləyə bilərsiniz.
Daha çox
Texnologiya
kateqoriyasından
View All