THE MCDELIVERY DETECTOR - MCDONALD'S
Fast food nəhəngi McDonald's, yeməyin yandığını aşkar etdikdə ən yaxın filialına sifariş verən tüstü siqnalı hazırlayıb. Brend yeni kampaniyası "McDelivery Detectors" ilə Hollandiyada uğursuz yemək cəhdindən sonra yeməksiz qalanların köməyinə gələcək. Bundan əlavə, marka McDelivery Detector-u Big Mac-a bənzətmək üçün 3D çap texnologiyasından istifadə edərək siqnalı hamburger şəklində dizayn edir.
EXTRA FRESH FOR REAL - HEINEKEN
Brend super “cool” reklamların keçmişdə qaldığını və dostlarla əsl anların daha mənalı olduğunu göstərmək məqsədi bütün məzmun yaradıcılarına mesajını verir. Brend indi metaversedə içə bilməyəcəyiniz virtual pivənin satışa çıxarılması ilə başlayan kampaniyasını yumoristik şəkildə "Instagram Reality vs Reality" adı altında sosial mediaya daşıyaraq və reallığın sünidən qat-qat yaxşı olduğunu vurğulayr.
#DYSLEXICTHINKING - DYSLEXIA
Made By Dyslexia, yeni "Dyxlesic Thinking" kampaniyası ilə disleksiyası olan insanlara bu pozğunluğu bir bacarıq olaraq LinkedIn profillərinə əlavə etmək fürsəti təklif edir. Brend disleksiyanı problem deyil, iş həyatı üçün vacib bir bacarıq kimi təqdim edir. Made By Dyslexia daha çox insana disleksiyası olan şəxslərin fərqli düşünmə bacarıqlarına sahib olduğunu və bu bacarığın təhsildən iş həyatına fərqli perspektivlər gətirə biləcəyini bildirmək məqsədi daşıyır.
CARBON-DRAINING BILLBOARD- ECOLOGI
Yeni Yer Günü kampaniyasının bir hissəsi olaraq "Mümkünlərin Gücü" Ecologi Şordiçdəki Kingsland Road-da havadan dörd ton karbon qazını udacaq bir reklam lövhəsi təqdim etdi. Üstündə “Bu, belə pis bir iqlim reklamıdır? Mümkündür" yazılan reklam lövhəsi təmasda olduğu havadakı çirklənmənin 40%-ni aradan qaldıracaq. Altı həftədən sonra PVC tullantıları elektrik enerjisi və buxar istehsal etmək üçün turbin idarə etmək üçün yandırılacaq. Yanma prosesindən çıxan metal qalıqları təkrar emal olunacaq və kül yol tikintisində istifadə olunacaq.