İdarə Heyəti istefa verməsə, demək olar ki, 500 "OpenAI" işçisi istefa verə bilər.
![14 Heartwarming Movie Scenes We All Loved - FandomWire](https://cdn.prod.website-files.com/606b4d68b6171127160524a4/655c6050c7a75e574d5cc9b7_hx1tYg3wsniTYF68JAaOGw3Ep1B0v-_r3x4skPlJn30ye9waQiDOnOl-1EVIDweZ93G8o_YzEQrQPwyqAAHOrwKUTPF9qlnp4N-ECB3zGdwePSfyMZqkjQp3qrbrcTVrF4f13i4u%3Ds0.jpeg)
Şirkətdə işlər mürəkkəbləşməyə davam edir. Bildirilib ki, son hadisələrdən sonra "OpenAI"nin 500-ə yaxın işçisi (cəmi 700 olduğu deyilir) birgə məktub imzalayıb. İdarə heyəti istefaya getməsə və Sam Altman-ı yenidən CEO olaraq təyin etməsə, işçilər istefa verib "Microsoft"da Sam Altmana qoşula bilərlər.
OpenAI şirkətinin ən önəmli adlarından biri olan və Sam Altman-ın işdən çıxarılmasına rəhbərlik etdiyi bildirilən İlya Sutskever X hesabında belə bir paylaşım edib:
"Mən heç vaxt "OpenAI"-ə zərər vermək niyyətində deyildim. Birlikdə qurduğumuz hər şeyi sevirəm və şirkəti yenidən bir araya gətirmək üçün əlimdən gələni edəcəyəm".