BWA / İstanbul tərəfindən təşkil edilən #kararıgeriçek hashtaglı kampanyada qadınların "ölmek istemiyorum" deyərək yazdığı ərizə paylaşılaraq onların həyatda qalma mübarizəsi vurğulanır. Qadına qarşı şiddət, xüsusilə sosial media istifadəsinin artışı ilə son illərdə daha çox görünməyə başladı. Əvvəllər bu zorakılıqlar yazılan ərizələrdə, məhkəmə binalarında, polis bölmələrində və şiddətə məruz qalan qadınların içində gizli qalsa da, bu hallar indi bütün media orqanlarında yayımlanmağa başlayıb.
Cəmiyyətin bu həqiqətləri görməsi və hüquq mühafizə orqanlarının bu insanlara lazımi cəzaları verməsi üçün təzyiq göstərilməsində medianın əhəmiyyəti böyükdür. Şiddətə qarşı lazımi və çəkindirici sanksiyalar tətbiq olunarsa, dünya qadınlar üçün daha etibarlı bir yerə çevrilə bilər. Bəlkə mediada da belə xəbərlər azalmış olar.
Lakin statistikaya baxsaq vəziyyət heç də ürəkaçıcı deyil. Ağır cəzalar tətbiq edilmədiyi müddətcə də bu hal dəyişməyəcəkdir.
45 ölkənin, Avropa Birliyinin qadına qarşı və ailə içi şiddətin qarşısını almaq üçün imzaladığı beynəlxalq insan haqları müqaviləsi olan İstanbul Müqaviləsi keçən ay Türkiyə tərəfindən ləğv edildi. Bu cəmiyyətdə etirazlara səbəb oldu.
Qadın cinayətlərinin son 10 ildə üç qat artdığı Türkiyədə, 2020 ilində 300 qadın öldürüldü, 171 qadının ölümü isə şübhəli olaraq qeydə alındı.
Hətta son bir ayda 28 qadın öldürüldü, ölümü şübhəli qalan qadın sayı isə 19-dur. Saylar bu qədər dəhşətli olsa da, müqavilənin ləğv edilməsi vətəndaşların və bəzi təşkilatların, fondların sərt reaksiyalarına səbəb oldu.
Bu hadisələrdən sonra "Kadın Cinayetlerini Durduracağız" platformu, İstanbulun ən işlək və izdihamlı yerlərindən biri olan Zincirlikuyuda böyük bir şikayət ərizəsi afişası yerləşdirdi.
TBWA / İstanbul tərəfindən təşkil edilən #kararıgeriçek hashtaglı kampanyada qadınların "ölmek istemiyorum" deyərək yazdığı ərizə paylaşılaraq onların həyatda qalma mübarizəsi vurğulanır.
Dəfələrlə şikayət etsələr də, qadınların yaşadıqları şiddəti görməməzlikdən gələn insanlara, təşkilatlara səslənir və İstanbul Konvensiyasının həyata keçirilməli olduğu bildirilir.
Şikayət ərizəsi afişası, asıldıqdan təxminən 24 saat sonra isə səlahiyyətlilər tərəfindən endirildi.
Bu halın yaşanmasına reaksiya göstərən təşkilatın yazdığı tweet-ə cavab verən Beşiktaş Bələdiyyə sədri Rıza Akpolat ‘Kadınların haklı mücadelesinin yanındayız. Dilekçe baskı dosyasını bize iletin, Beşiktaş Çarşı duvarımıza asalım.’ deyərək dəstəyini göstərdi