"

Twitter”in qurucusu J.Dorsey keçən il Elon Musk-ın “Twitter”i almasına bunları demişdi: “Elon inandığım yeganə adamdır. Bu doğru yoldur... Buna ürəkdən ümid edirəm”.
Bəs bu keçən zamanda nə kimi dəyişikliklər oldu?

Former Twitter CEO Jack Dorsey was accused of "backstabbing" the company's board of directors, leading to Elon Musk's $44 billion takeover bid.

“Twitter” Elon Musk-ın rəhbərliyi altında heç də yaxşı yerlərə getmir. Təbii ki, bunu hamı kimi J.Dorsey də görür. Son açıqlamalarda Dorsey cümə günü ondan Musk-ın “Twitter” platforması üçün ən yaxşı lider olduğunu düşünüb-düşünmədiyini soruşan “Bluesky” istifadəçisinə “xeyr” cavabını verib. Dorsey, həmçinin “Mən Elon Maskın “Twitter”i alma vaxtının yanlış olduğunu anladıqdan sonra, düzgün addım atdığını düşünmürəm. İdarə heyətinin satışın artırılması ilə bağlı qərarları da doğru deyil. Hər şey çox pis gedir, lakin bu yöndə əlimizdən bir şey gəlmir, çünki olan, artıq olub. Edə biləcəyimiz yeganə şey bunun bir daha baş verməməsi üçün nəyəsə çalışmaqdır”, deyə yazıb. Başqa bir yazıda isə Dorsey, Musk-ın 1 milyard dollarlıq xitam haqqını ödəyərək satınalmadan imtina barədə düşündüyünü bildirib. Mask “Twitter”ə 44 milyard dollar ödəyib, hazırda isə platformanın dəyəri 20 milyard dollar civarındadır.
Jack Dorsey bu günlərdə “Bluesky” tətbiqi ilə çox səs-küy yaradır. Həm “iOS”, həm də “Android”də mövcud olan “Bluesky” tətbiqini pulsuz yükləmək olur, lakin hələ də hər kəsə açıq deyil. Başlanğıcı dəvət sistemi ilə quran və hələ də bu cür davam edən Dorsey, illər əvvəl yaratdığı “Twitter”dən fərqli olaraq, yeni tətbiqi ilə “mərkəzi olmayan” bir quruluşa sahib olacaq. “Twitter”in başında olarkən kriptovalyutalarablokçeynə böyük maraq göstərən Dorsey, yeni tətbiqini “Twitter”ə olduqca bənzər dizaynla hazırlayıb.

Posted 
May 1, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All