GREAT CALLING - GREAT BRITAIN

Böyük Britaniya amerikalıların Böyük Britaniyaya baxış tərzini dəyişdirmək məqsədi daşıyan və mart ayı ərzində Nyu-Yorkda bir sıra tədbirləri özündə əks etdirən "BÖYÜK Çağırış" adlı mədəni kampaniyaya başladı.
Brendin amerikalıların aşpaz Gordon Ramsey, aktyor Hugh Bonneville və bir çox britaniyalı məşhurlarla Britaniya mədəniyyəti haqqında yaratdığı mifləri ifşa etdiyi kampaniya çərçivəsində Nyu-Yorkun müəyyən yerlərində ikonik qırmızı İngilis telefon köşkləri yerləşdirildi və zəngə cavab verən Nyu Yorklulara təşkil edilən tədbirlərə bilet qazanma fürsəti təqdim etdi.
HOM - NETFLIX

Netflix İtaliya homoseksual ailədən bəhs edən dram komediyası olan "The Invisible Thread"i tanıtmaq məqsədi ilə "HOM" kolleksiyasını yaradır. Milanda açılan mağazada nümayiş olunan “HOM” kolleksiyası stullar, tavalar, foto çərçivələr, kilimlər və saatlar kimi bir sıra tamamilə adi əşyalardan ibarətdir.
Brend HOM kolleksiyası ilə LGBTQ ailələrinin gündəlik həyatının heteroseksual cütlüklər tərəfindən qurulan ənənəvi ailə quruluşu ilə eyni olduğunu vurğulamağı və bu mövzuda maarifləndirməyi hədəfləyib.
MEAT? - BURGER KING

Burger King son kampaniyasında bitki əsaslı alternativlər axtarışını nümayiş etdirərək ət həvəskarlarını çaşdırır. Yaxın planda çap olunan açıq hava reklamları seriyası heyvan mənşəli məhsullar və ətsiz seçimlər arasındakı oxşarlıqlara diqqət yetirir. Brend ət sevərləri hədəfə alıb və bu yazını qeyd edib - "Çaşqınlıq üçün üzr istəyirik, ət sevənlər".
JUST THE START - BARCLAYCARD
Barclaycard Business tədqiqatlar zamanı əksər biznes sahiblərinin ödənişlər haqqında sırf tranzaksiya üsulu ilə düşündüyünü aşkar edir. Bu anlayışa əsaslanaraq “the payment part is just the start” adlı yeni kampaniyasını yaratdı. Bu kampaniya ilə brend, səhmlərin idarə edilməsi, təkmilləşdirilmiş pul vəsaitlərinin hərəkəti və təchizatçılarla yaxşılaşdırılmış münasibətlər kimi ödənişin digər üstünlüklərinə diqqət yetirir.