eçən həftənin yaddaqalan reklamlarını sizlər üçün bir siyahıya yığdıq. Bu siyahımızda həm "Super Bowl" tədbirimizdə və həm də digər sosial media platformalarında həftənin ən çox səs salan reklamlarlıyla tanış olacağıq.
Buyurun, ilk reklamımızdan başlayaq!
CoinBase QR
İlk reklamımız aralarından ən fərqlisi olan, hansısa tanınmış simanın iştirak etmədiyi, hansısa video effektlərin olmadığı ən sadə amma bir o qədər də uğurlu reklamdır. Kriptovalyuta mübadiləsi platforması olan "Coinbase" şirkətinə məxsus olan bu reklamda gözləmə rejimində olan "DVD" cihazlarının sonsuz davam edən səhnəsini görürük. Saytının xüsusi kampaniyalı "QR" kodunun tam küncə dəydiyi anda musiqinin ritmi artır və reklam çarxı bitir. Bundan əlavə, reklam hər nə qədər sadə görünsə də, şirkətin bunun üçün 14 milyon dollara yaxın büdcə ayırdığı deyilir.
Chocapologies - Karim Bourgi
İnternet hər birimiz məlumat əldə edə və əylənə biləcəyi məkan olsa da, həm də kiber zorakılığa məruz qala biləcəyimiz qəddar bir yerdir. İnterneti kiber zorakılığın qurbanları üçün daha "şirin" etmək məqsədi ilə şokoladçı və məşhur aşpaz Kərim Burgi “Şokoüzrlər” kampaniyasını yaratdı. Üç mövzudan ibarət olan şokoladlar nifrət mesajları, bədən alçaldıcılığı və kiber zorakılıq mövzulara uyğun olaraq kiber zorakılıqçıların işlətdiyi ifadə və emojilərdən istifadə edilərək hazırlanıb. Bu şokoladlar kiber zorakılığa məruz qalan təsirli şəxslərə hədiyyə kimi göndərilib. Agentlik həm də bu kampaniya ilə kiber zorakılığın dağıdıcı nəticələri barədə məlumatlılığı artırmaq məqsədi ilə bu kampaniyaya start verib.
Lizzo in real tone - Google Pixel 6
Tarixən, kameralar daha tünd dəri tonlarını dəqiq şəkildə təmsil etməmişdir. Bunun fərqində olan "Google" yeni texnologiyasını "Super Bowl" tədbirində təqdim etdi. Belə ki, bu problemi həll etdiyini iddia edən "Google" bunu "True Tone" texnologiyasına borclu olduğunu bildirib. "Google Pixel 6" ilə çəkilən şəkillərdə müxtəlif dəri tonlarında olan insanların fərqlənməsini, texnologiyanın uğuru bizə göstərilir.
UPS - #beunstoppablegear
"New York Fashion Week"in yeni rəsmi lojistik ortağı olan "UPS" "black fashion" markalarını dəstəkləmək məqsədi ilə "In The Blk" ilə əməkdaşlıq edərək yeni geyim kolleksiyalarını təqdim ediblər.
"NYFW"nin bir hissəsi olaraq, marka kiçik və orta biznesdən ilhamlanaraq 14 parçadan ibarət kolleksiya yaradıb. Brend məhsullarında “Equipment for Professionals” və “Be Unstoppable" mesajlarındain istifadə edib. Kolleksiyadan əldə edilən gəlirlər "black fashion"u dəstəkləməyə həsr olunmuş "In the Blk" şirkətindən faydalanacaq və əlavə 50.000 dollar "UPS" tərəfindən qaradərili sahibkarlara bağışlanacaq.