Los Santos +3C
Greenpeace məşhur GTA 5 (Grand Theft Auto) oyunundan ilhamlanaraq yeni "Los Santos +3C" kampaniyasına başlayıb. Brend iqlim dəyişikliyinin proqnozlaşdırılan nəticələri vasitəsilə oyunun ssenarisinə fərqli toxunur və böhranın real təsirlərini virtual dünyaya gətirir. Kampaniya çərçivəsində bir neçə gün ərzində oyunun missiya xəritəsinə iqlim dəyişikliyinin ekoloji və sosioloji təsirlərinə əsaslanan missiyalar əlavə edilərək, onlayn oyunçular böhranın real təsirlərini yaşamağa imkan verir.
Meant to be classic
McDonald's "Meant to be classic" adlı yeni kampaniyası ilə məhsullarını impressionist əsərlərin bir hissəsinə çevirir. DDB Afina tərəfindən hazırlanan kampaniya Edouard Manet və Pierre Auguste Renoirin klassik əsərlərinin McDonald's məhsulları ilə qarşılıqlı əlaqədə olduğu bir sıra şəkillərdən ibarətdir. Bu kampaniya ilə marka McDonald'sın klassik bir ləzzət kimi qəbul edilməsini hədəfləyir.
Hostage of Depression
Hipersomniya və ya həddindən artıq yuxu xroniki depressiyanın ən açıq əlamətlərindən biridir. Yaxın Şərqdə psixi sağlamlıq problemləri ilə bağlı stiqmalara görə, bütün halların 66%-dən çoxu diaqnoz qoyulmadan keçir.
Bu fikir əsasında Dubay Elm Parkı yeni “Depressiya girovları” kampaniyasını yaradıb.
Plakatlarda yerləşdirilən QR kodu insanları psixi sağlamlıqlarını ölçən testə yönəldir. Thrive Dubai Elm Parkı Rifah Mərkəzi ilə əməkdaşlıq çərçivəsində hazırladığı kampaniya ilə psixi sağlamlıq haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır.
Sounds of Elite Hotels
İsveç otellər şəbəkəsi Elite Hotels, pandemiyadan sonra ziyarətçilərin yenidən səyahət etmələrini təmin etmək üçün hazırladığı "Elit Otellərin Səsləri" adlı yeni kampaniyasında otel səslərinə diqqət yetirir. Volt agentliyi tərəfindən hazırlanan kampaniyaya otelə xas səsləri olan bir sıra rəqəmsal videolar daxildir: otelin mətbəxində hazırlanan yeməklər, dəhlizdə çəkilmiş çamadan, nimçə ilə otaq xidməti. Brend bu səslərlə Spotify pleylistini də yaradıb