yun dünyasının gələcəyi olarak bilinən bulud texnologiyalı oyun sistemlərinin hər gün bir az daha populyarlığı artır.
Əldə edilən məlumatlara əsasən onlayn serial, film platforması olan məşhur “Netflix” öz platformasına oyunları da əlavə edəcək. Oyun sektoruna addım atmaq üçün bu sahədə xeyli təcrübəli və tanınmış bir şəxs olan Mike Verduyu da öz komandasına dəvət edib. Belə ki, Mike daha öncə “Oculus”, “Electronic Arts”, “Zynga” və “Atari” kimi böyük firmalarla çalışıb.

Məlumatlara əsasən Mike, “Netflix”də məhz oyun yayımcılığı ilə bağlı komanda qurub onu idarə etmək üçün dəvət edilib. O, birbaşa “Netflix” COO-su Greg Peterə bağlı olaraq çalışacaq. “Bloomberg”də yer alan məlumatlara əsasən “Netflix”, gələn il platformasına oyunları əlavə etməyə başlaya bilər.
“Bloomberg”in şirkətə yaxın bir qaynağa əsaslanaraq yayımladığı xəbərə görə “Netflix”, oyunlar üçün ayrı bir abunəlik sistemi yaratmayacak və ya bunun üçün əlavə ödəniş tələb etməyəcək. Qısacası “Netflix” abunələri heç bir ödəniş etmədən bu oyunları oynaya biləcək.
Onlayn oyun serverləri sahəsində çox önəmli firmaların olduğunu da xatırladaq. “Google”, “NVIDIA”, “Amazon” və “Microsoft” kimi texnologiya nəhəngləri bu sahədə aktiv olaraq istifadəçilərinə xidmət göstərir. “Netflix” kimi “streaming” sahəsində böyük təcrübəyə malik bir şirkətin bu yarışa daxil olmasının bazara necə təsir edəcəyini zamanla görəcəyik.