N

orveçdəki son qaydalara əsasən sosial mediada redaktə edilmiş şəkil paylaşan influencerların və reklam xarakterli paylaşım edən məşhurların şəkillərdə etdiyi dəyişiklikləri vurğulamaqları məcburi olacaq.

Sosial media platformalarında və şəkil redaktə tətbiqlərində olan filtrlərin zorla yeridilməyə çalışan gözəllik standartları üzərində təsiri son illərdə mütəmadi olaraq tənqid edilən mövzulardandır. İstehlak mədəniyyətinə və medianın zorla həyatımıza yeritdiyi gözəllik standartlarına filtrlər də əlavə edildikdə, bu standartlarla ayaqlaşmağa çalışan istifadəçilərin də sayı artdı. Şəkil redaktə vasitələrinin və selfie mədəniyyətinin gənclər başda olmaqla bütün insanların üzərində necə pis təsiri olduğunu artıq hər kəs bilir. Qəlbləşmiş gözəllik standartlarını yerlə bir edən “Dove” markasının kampaniyası “Reverse Selfie” də gerçək olmayan bu gözəlliyin insanlar üzərində psixoloji və fiziki zərərlərini göstərirdi.

Norveçdə Sosial Media Şəkillərinə Yeni Qanun

Norveç Uşaq və Ailə İşləri Nazirliyi yeni qərarla sosial mediada yayımlanan və gerçək olmayan gözəllik standartlarını əks etdirən şəkillərə məhdudiyyət tətbiq edir. Belə ki, bu dəyişiklikləri hiss etməyən uşaqlara və ya gənclərə verə biləcək zərərləri düşünən səlahiyyətlilərin tətbiq etdiyi yeni qaydaya əsasən, bədən üzərində edilən hər hansı dəyişiklik zamanı xəbərdarlıq işarəsinin paylaşılması məcburidir. Bu qərar üz cizgilərindən tutmuş bütün bədən dəyişikliklərinə aiddir.

Bu qanun sadəcə reklam məqsədli istifadə edilən şəkillərə aiddir. Qəbul edilən qanuna əsasən “Instagram”, “TikTok”, “Facebook”, “Snapchat” və “Twitter” kimi sosial media şəbəkələrində məşhurlar və influencerlər tərəfindən paylaşılan şəkillərə tətbiq edilən dəyişikliklərin vurğulanması məcburidir.

Bu qanunun önümüzdəki aylarda qüvvəyə minməsi gözlənilir. Dəqiq olaraq nə zaman qüvvəyə minəcəyini isə Norveç Kralı qərar verəcək.

Posted 
Jul 2, 2021
 in 
Yaradıcılıq
 category

More from 

Yaradıcılıq

 category

View All

Join Our Newsletter and Get the Latest
Posts to Your Inbox

No spam ever. Read our Privacy Policy
Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.