İ

ngiltərədə yaşayan Malik paytaxt London və Birmingemdə həyat yoldaşı tapmaq ümidi ilə icarəyə götürdüyü reklam lövhələrində reklam verib. Mohammed Malik adlı 29 yaşlı maliyyə müşavirinin reklam lövhələrində “Məni razılaşdırılmış evlilikdən xilas edin!” yazılıb. Malik tək başına birini tapıb tanış olmağın prioritet olduğunu bildirib.

İndiyədək həyat yoldaşı axtarışları uğursuzluqla nəticələnən Malik elan çərçivəsində “findmalikawife.com” (Malikə həyat yoldaşı tap) adlı internet saytı da qurub. Şənbə günü reklam lövhələrində yayımlanan elandan sonra yüzlərlə mesaj aldığını bildirən Malik, "Hələ mesajları oxumaq imkanım olmadı. Bir az vaxta ehtiyacım olacaq. İşin bu hissəni heç düşünməmişdim" deyib.


Reklam lövhələrinə reklam yerləşdirməzdən əvvəl qadınlarla tanış olmaq üçün bir neçə üsul sınadığını ifadə edən Malik:

"Mənim pakistanlı köklərə sahibəm. Ona görə də bizdə birinci xalaların sözüdür".


Lakin Malik bu üsulun da işə yaramadığını bildirib. Daha sonra bəzi tanışlıq təcrübələri sınadığını və bunun nəticəsində bəzi flörtlər keçirdiyini söyləyən Malik, bunun onda "qəribə hisslər yaratdığını" söyləyib. Sözügedən reklam lövhələrində Malikin reklamları yanvarın 14-nə qədər yer alacaq. Malik bu məsələdə ailəsindən dəstək alsa da, “anamı ilk vaxtlar razı salmağın bir az çətin olduğunu” deyərək etiraf edib.

Malik ideal həyat yoldaşınısa bu sözlərlə təyin edib:


"Müsəlman öz imanını bölüşməli və ailə ilə ayaqlaşa bilməlidir”.
Posted 
Jan 7, 2022
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All