7 iyulda Park Cinemada “Tor: Məhəbbət və İldırım” filminin xüsusi nümayişi keçirilib.

Tədbirdə KİV nümayəndələri, tanınmış bloqqerlər, aktyorlar, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Ənənəyə sadiq qalaraq Park Cinema tərəfindən “Marvel” sevərlər üçün xüsusi şou hazırlanıb. Nümayişdə İldırım tanrısı olan Torun Azərbaycanda döyüşü keçirilsə idi necə olardı sualının cavabı Park Cinemaya məxsus tərzdə cavabını tapıb.

“Tor: Məhəbbət və İldırım” filmi “Marvel” kinostudiyası tərəfindən çəkilib və Tor superqəhramanının artıq dördüncü filmidir. Baş rollarda Kris Hemsvort, Natali Portman, Kristian Beyl və digər tanınmış aktyorlar çəkiliblər.

Azərbaycan tamaşaçıları “Tor: Məhəbbət və İldırım” filminə daha həcmli və real görüntü üçün Park Cinema Flame Towers IMAX zalında baxa bilərlər.

Həcmli səsdən "Park Cinema" Metroparkdakı Dolby Atmos zalında, dəqiq təsvirdən isə Park Bulvardakı Park Cinema LaseR zalında zövq almaq mümkündür.

Şəhərkənarı istirahət və "bağçılar" üçün xüsusi olaraq Park Cinema Zaqulba Mall fəaliyyət göstərir. Tamaşaçılara daha yaxın olmaq üçün yeni açılan Park Cinema Aygun Mall kinoteatrından yararlana bilərsiniz.

Posted 
Jul 8, 2022
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All