Anti-kövrəklik haqqında

Dəyərli biznesmen və təlimçi olan İnanç Ayar sayəsində həyatıma girən “Anti-kövrəklik” nəzəriyyəsi üçün, əvvəlcə, bu anlayışın müəllifi Nassim Talebə təşəkkürlərimi bildirmək istəyirəm. Livan əsilli amerikan professor Taleb iqtisadiyyat dünyasında və risk menecmentində yeni mərhələyə qədəm qoyan “Qara Qu Quşu” (El cisne negro) və “Anti-kövrək” (Antifragil) kitablarının müəllifidir.

“Bir Yaşam Felsefesi Olarak Girişimcilik” podkastında bu mövzuya yer verən İnanç Ayarın epizodlarını dinlədikdən sonra podkastın icması olan “BYFOG Klub”da anti-kövrəklik sessiyası ilə mövzu mənə daha da aydın olmağa başladı.

Əslində, anti-kövrəklik yeni seçimlərin təqdim edilməsi ilə əlaqəlidir.

Həyatımızın hər sahəsində fərqli seçimlər edərək, fərqli cığırlar açaraq anti-kövrək ola bilərik. Burada əsas məsələ rasional olmağa cəhd etməkdir: seçimlərimizdə, qərarlarımızda və investisiyalarımız. Məhz elə bu məqamda Nassim Taleb qeyd edir ki, bir az axmaq olmaq yaxşıdır, fərqli şeyləri yoxlayaraq təsiri böyüyən və böyüdükcə inkişaf edən sahələr yarada bilərik özümüz üçün. Bu situasiyada çətin olan məqam bəzi mövzularda axmaq, yaxud səfeh olmağı qəbul etməkdir. Lakin bunu qəbullanmaq üçün yetkinlik və psixoloji sağlamlıq vacibdir və gərəklidir.

Bütün mövzularda rasional olmaq yerinə çox seçimli olmaq daha dəyərlidir deyə qeyd edir professor. Yəni bu özü də anti-kövrəklik səviyyəsinin yüksəkliyindən xəbər verir.

Bu sahələri açmaq üçün, əvvəlcə, hazırda hansı mərhələdə, harada olduğunu bilmək lazımdır. Fərqindəlik mütləqdir və fərqindəlik üçün də güclü suallar vermək vacibdir.

Hazırda nələrə sahibsən, həyatının tərifini verməli olsan, bu tərif nə olardı?

Tək parçasan, bəs o parça kövrəkdir?

Yoxsa böyük bir parçanın içində anti-kövrək, kiçik parçalara sahibsən?

Yəni seçimlərin varmı?

Bu sualları özünüzə verərək həyatınızın istənilən hissəsində hansı məqamda olduğunuzu anlaya bilərsiniz. Əgər sərf etdiyiniz zaman, enerji qədər geri dönüş alırıqsa, anti-kövrəklik haqqında danışmamalıyıq.

İkinci mövzu. Bura tələ hissədir. Yaxşı olduğun və uğurlu cığır tapdığın mövzularda sırf seçimlərə yer ayırmaq üçün fokusunu pozmaq. Fokusunu dağıtmamalısan, çünki bunun neqativ tərəfləri çox olacaq.

Bunun əvəzinə özünüz üçün bəzən resurs, bəzən heyət kimi fərqli üsullarla dəstək yaradaraq və bu şəkildə əlavə vaxt qazanaraq başqa variantlara qapı açmaq istiqamətində addım atmalısınız.

Üçüncü mövzu. Ancaq seçimlər yaratmağa çalışmaq davamlı işləmək deməkdir. Hansı ki bu, sizi çox yora bilər. Ona görə də burada da minimum büdcəli cəhdlərlə kifayətlənmək lazımdır.

Bu periodda sizə kömək edəcək təcrübəli şəxslər, mentor adlandıra biləcəyiniz adamlar varsa, bu təcrübə sizin üçün daha da rahat alınacaq.

Bunlara baxanda illərdir əməkdaşlıq etdiyim təşkilatlarda davamlı olaraq dəstəklənən möhkəmlik anlayışından bir neçə addım irəli gedirik. Dözümlülük vəziyyətində, yaşanmış vəziyyətlər qarşısında möhkəm dayanmaq mümkün olsa da, anti-kövrəklikdə təsir əmsalı artaraq sizi daha yaxşı vəziyyətə gətirir.

Həmçinin, anti-kövrəklik sizi seçimlər açmağa dəvət etdiyi üçün, demək olar ki, proaktiv üstünlük verir, möhkəmlik isə vəziyyətə reaksiyadan sonrakı münasibət olaraq qalır. Beləliklə, antikövrəklik, əslində,vizyoner yanaşmadır.

Düşünürəm ki, həmişə seçimlər açmaq, variasiyalar yaratmaq, fürsətlərdən istifadə etmək gücünü artırmaq, səhvlərdən öyrənmək və qərar filtrlərini inkişaf etdirmək və bütünü bununla bəsləməklə əla həyat tərzidir. Çox düşünməyə, maraqlanmağa və sınaqdan keçirməyə dəyər.
Posted 
May 25, 2022
 in 
Məqalələr
 category

More from 

Məqalələr

 category

View All

Join Our Newsletter and Get the Latest
Posts to Your Inbox

No spam ever. Read our Privacy Policy
Thank you! Your submission has been received!
Oops! Something went wrong while submitting the form.