"

MediaTek” avtomobillər arasında bağlantı yaradılması üçün “Dimensity Auto” ilə bir müddətdir ki, avtomobil sənayesinə diqqət yetirir. “Computex 2023”ün bir hissəsi kimi elan edilən “Nvidia” tərəfdaşlığı avtomobil sənayesinə süni intellekt, bulud hesablamaları və qrafik texnologiyaları gətirəcək.

Nvidia və MediaTek-dən yeni nəsil avtomobil texnologiyası

İki şirkət arasındakı razılaşmanın məğzi budur ki, Nvidia-nın süni intellekt və RTX GPU patentləri MediaTek-in avtomobil sənayesində istifadə etdiyi çiplərə inteqrasiya olunacaq. Bu inteqrasiyadan sonra avtomobillər süni intellekt sahəsində mühüm özəlliklərə yiyələnəcək.
MediaTek “Drive OS”, “Drive IX”, “Cuda”“TensorRT” machine learning daxil olmaqla “Nvidia” proqram təminatından istifadə edə biləcək. “Dimensity Auto”da işləyəcək bu proqramlar avtomobillərin məlumat-əyləncətəhlükəsizlik funksiyalarında istifadə olunacaq.

В платформах MediaTek будут использоваться GPU Nvidia

“Gartner” araşdırma firmasına görə, avtomobillərdə istifadə edilən məlumat-əyləncə çipləri bazarı 2023-cü ildə 12 milyard dollara çatacaq. “Nvidia” və “MediaTek” arasındakı əməkdaşlıqdan ilk olaraq hansı avtomobil istehsalçısı yararlanacaq, hələlik bilmirik.

Posted 
May 30, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All