axın keçmişdə başqa platformalar tərəfindən konseptleri kopyalanan “TikTok” bu dəfə rolları dəyişir.
“TikTok Hekayələr” olaraq adlandırılan yeni funksiya, “Instagram” və “Snapchat” kimi tətbiqlərdəki hekayələr funksiyasına bənzər şəkildə işləyir. “TikTok”da test mərhələsindəki hekayələr, avtomatik olaraq silinmədən öncə, izlənilən hesablar tərəfindən 24 saat boyunca görüntülənə biləcək və yeni əlavə edilmiş yuxarı-aşağı sürüşən kənar çubuğunda yer alacaq. Eyniylə “Instagram” və digər platformalarda olduğu kimi, hekayələr, istifadəçilərin profil şəklinə toxunaraq görüntülənə biləcək.
“TikTok” tərəfindən edilən açıqlamada “TikTok” istifadəçilərinə töhfə vermək üçün yeni təcrübələrin aparıldığı, məzmun yaradıcılarına təqdim ediləcək yeni seçimlərin test edildiyi vurğulandı. Hekayə funksiyasının test müddətinin nə qədər davam edəcəyi və istifadəçilərinə nə zaman təqdim ediləcəyi isə məlum deyil.