əlumdur ki, “TikTok” daha çox əyləncəli qısa videoların paylaşıldığı bir platformadır. Bununla bərabər “TikTok” yeni qərarı ilə “Linkedin”lə rəqabətə girməyə hazırlaşır deyə bilərik. Belə ki, insanların öz bacarıqlarını nümayiş etdirməsi, iş axtaranların asanlıqla iş tapması üçün gözəl addım atmaqdadır.

İlkin mərhələdə bu proqram vasitəsilə ABŞ istifadəçiləri video CV-lərini Chipotle, Target ve Shopify kimi şirkətlərə göndərə biləcəklər. Eyni zamanda istifadəçilər kariyera qurmaqla bağlı ipuclarını, CV hazırlamaqla bağlı tövsiyələrini həmçinin öz CV-lərini bu platformada #TikTokResume həştəqini istifadə edərək paylaşacaqlar.
“TikTok”un burada başlıca məqsədi, istifadəçilər arasında iş axtaran və ya öz bacarığını nümayiş etdirənləri yenilənən iş siyahıları ilə tanış etməkdir.
“TikTok” Qlobal Marketinq Rəhbəri Nick Tran şirkətin yeni addımı ilə bağlı qeyd edir: “ İş axtaranların təcrübələrini və bacarıqlarını yaradıcı və fərqli yollarla göstərmək üçün yeni bir cığır açarkən, dünyanın ən sevilən markalarından bəziləri ilə də əməkdaşlıqlara başlamışıq.” açıqlamasını etdi.