T

witter sosial şəbəkəsi "NFT"nin istifadəçi profillərində foto kimi inteqrasiya olunduğunu elan edib. Bu funksiyadan "iOS" əməliyyat sistemində "Twitter Blue" premium xidmətinə abunə olan istifadəçilər üçün əlçatan olub. İndi sosial media hesablarını kriptovalyuta cüzdanına bağlaya və profil şəkli kimi istifadə etmək üçün "NFT"ləri seçə bilərlər.

Hazırda xidmət yalnız "Ethereum" cüzdanlarını dəstəkləyir: "Coinbase Wallet", "MetaMask", "Rainbow, Argent", "Trust" və "Ledger Live". Tərtibatçılar gələcəkdə digər blokçeynlərə dəstək əlavə edə bilərlər. "NFT"dən istifadə edən istifadəçilərin fotoşəkilinin altında token haqqında əlavə məlumat göstəriləcək: xassələri, xüsusiyyətləri, standartı və yaradıcının təxəllüsü.

Twitter-in NFT tokenləri inteqrasiya etmə planının 2021-ci ilin sentyabrından açıqlandığı məlum olubb. Bu barədə Twitter-in baş proqram mühəndisi Mada Əflak məlumat verib. O, inkişafda olan yeni sosial şəbəkə funksiyasını nümayiş etdirən bir video yayımladı.

Posted 
Jan 21, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All