odafone Türkiyə, 5G texnologiyasının verdiyi imkanları duyğu dolu bir reklam filmi ilə insanlara çatdırır.
Qüsursuz qulaq (absolute pitch), eşidilən bir notu referans almadan, başqa bir notla qarşılaşdırmadan tanıya bilmə bacarığına malik olma mənasını verir. Bu yetənəyə sahib olan musiqiçi Haluk Levent və onunla eyni istedada sahib olan gözdən əlil Bager, "Vodafone"un 5G texnologiyası sayəsində bir duet həyata keçirirlər.
Haluk Levent ilə eyni səhnədə yer almağı xəyal edən Bagerin, "Vodafone"un 5G texnologiyası sayəsində xəyallarını həyata keçirdiyi vurğulanır.
Reklam, fərqli şəhərlərdə olsalar da eyni dueti oxuya bilmələrinə imkan verən texnologiyanın incəliklərinə fokuslanmışdır. Bagerin Muş şəhərində basdığı pianino notları, Haluk Leventin İstanbuldakı pianinosundakı və Haluk Leventin basdıqları da Bagerin pianinosunda hərəkət edir. Beləliklə eyni səhnədə, eyni pianinonu çalırmış kimi bir duet həyata keçirirlər.
VMLY&R İstanbul imzası daşıyan reklam filmi, “Texnologiya və insan bir araya gələrsə xəyalları gerçəkləşdirmək birlikdə mümkündür” sloqanı ilə sonlanır.