D

ünyanın ən məşhur mesajlaşma platforması olan “WhatsApp” yenilikləri ilə istifadəçi təcrübəsini artırmağı hədəfləyir. Bu məqsədlə ilk addımı atan “WhatsApp” alış-veriş dünyasını öz platformasına gətirib. 

“WhatsApp”ın çətir şirkəti “Meta” bu gün Hindistanda e-ticarət müəssisəsini işə salıb. “Meta” “JioMart” ilə əməkdaşlıq edərək platformada ərzaq alış-verişi xidməti göstərməyə başlayıb.

“Meta” istifadəçilərin “WhatsApp”da “JioMart”ın bütün ərzaq kataloquna baxa, məhsulları səbətə əlavə edə, ani mesajlaşma xidmətindən çıxmadan ərzaqları satın ala biləcəklərini bildirib. Digər tərəfdən, şirkətin baş direktoru Mark Zukerberq bu təşəbbüsün 2 il əvvəl sınaqdan keçirildiyini və hazırda bunu bütün dünyaya yaymaq istədiyini deyib. Zukerberq razılaşma ilə bağlı danışıb: “Hindistanda “JioMart” ilə ortaq olduğumuz üçün həyəcanlıyıq. Bu, “WhatsApp”dakı ilk ucdan-uca alış-veriş təcrübəmizdir. İnsanlar artıq “JioMart” ilə market alış-verişi edə biləcəklər. Bundan əlavə, belə əsaslı təcrübələr növbəti illərdə insanlar və bizneslər üçün əsas ünsiyyət üsulu olacaq”.

Onlayn alış-verişə kifayət qədər ciddi yanaşan şirkət hazırda Beta mərhələsinə daxil olmağa hazırlaşan “Xəritələr” funksiyası üzərində çalışır. Xəritələrlə yanaşı, yaxınlıqdakı marketlər, kafelər, hotellər və s. kimi bir çox yerlər “WhatsApp” vasitəsilə göstəriləcək.

Posted 
Aug 29, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All