B

u yeni özəllik proqramda bütün söhbəti gizlədəcək, üstəlik parolla qoruna biləcək şəxsi qovluğu xatırladacaq. Telefonunuzu bir neçə dəqiqəlik başqasına verdiyiniz və söhbətlərinizin ifşa olunmasını istəmədiyiniz halda bu funksiya olduqca işə yarayacaq. WhatsApp “Chat Lock” funksiyasını tətbiq etmək üçün söhbət səhifəsində istifadəçi və ya qrupun adına toxuna, daha sonra “Chat Lock”u seçə bilərsiniz. Bütün gizli söhbətləri ehtiva edən, eləcə də parolla qorunan qovluğu yeni mesajlar gələn ekranın yuxarı hissəsində tapmaq mümkün olacaq.

WhatsApp now lets you lock and hide individual chats | TechCrunch

“Chat Lock” ayrıca parol tələb etməyəcək və telefonunuzun biometrik və ya PIN kimi daxili autentikasiyasına əsaslanacaq. Yeni funksiyanın önümüzdəki aylarda təqdim ediləcəyi bildirilib.

“Microsoft”dan tarixi zəfər: Avropa Blizzard-a “okay” dedi

Евросоюз одобрил сделку Microsoft и Activision Blizzard за рекордные $69  млрд - ITC.ua

Tənzimləyici orqanlar dünyanın hər yerində Microsoft-un Activision-ı almasının konsol və bulud oyun bazarında rəqabəti pozub-pozmayacağından bəhs edir. Əsas maraq doğuran məqamlardan Microsoft-un “Activision” oyunlarını alması və öz platformalarında saxlamasını deyə bilərik. Aİ-nin qərarı Böyük Britaniyanın Rəqabət və Bazarlar Təşkilatının (CMA) keçən ay yeni yaranan bulud oyun bazarında rəqabəti azaldacağına dair narahatlıqlarına görə razılaşmanı əngəlləməsindən sonra qüvvəyə minib.

Евросоюз одобрил сделку Microsoft и Activision Blizzard, но это ещё не конец

AB araşdırmalarının böyük qismi bulud oyunları üzərindədir. Yeni bazar olan bulud oyun ekosistemində oyunlar televizorlar, smartfonlar və notbuklarda oynanılacaq. Məsələn, istifadəçi onlayn bir oyun alırsa, onu bulud oyun xidməti vasitəsilə öz cihazında oynaya bilir. Lakin bulud oyunları üçün uğurun sirri həm də istifadəçilərin “Netflix” kimi abunə xidməti vasitəsilə dərhal daxil ola biləcəkləri bir sistemdədir. Bu, Microsoft-un Activision-ı almaq təklifinin arxasında duran əsas məqamlardan biridir. Bir sözlə, ingilislər Microsoft-un bulud oyunlarında dominant mövqe tutmasından narahat idi. Oxşar narahatlıqlar Komissiyanın hesabatında da öz əksini tapıb. Görünən budur ki, “Microsoft” ortada olan bu rəqabətə dair narahatlıqları aradan qaldıracaq təkliflər irəli sürə bilib.

Microsoft's Activision deal has on virtual goggles | Reuters

Aİ-nin təsdiqinə baxmayaraq, Microsoft-un önündə “Sony” və digər tənzimləyici orqanları, o cümlədən ABŞ Federal Ticarət Komissiyası (FTC) kimi rəqibləri inandırmaq problemi durur. “FTC” ilə “Microsoft” arasında məhkəmə prosesi hələ də davam edir. Komissiyanın yüksək vəzifəli rəsmisi bildirib ki, Aİ bir neçə dəfə FTC ilə fikir mübadiləsi aparıb və bu məsələdə sıx əməkdaşlıq edir. Yeri gəlmişkən, Aİ-dən əlavə, Yaponiya, Serbiya, Braziliya, Çili, Səudiyyə Ərəbistanı, Cənubi Afrika və Ukrayna bu günə qədər sazişi təsdiqləyən tərəflərdir.

Çinin ən güclü süni intellekt çipi təqdim edildi

“HaloDrive H30” kimi elan olunan çip, performans yönümlü sistemlər üçün hazırlanmışdır və ölkənin ən güclü süni intellekt çipi olduğunu iddia edir. 12nm texnoloji prosesdə hazırlanmış çip 256TOPS süni intellekt performansına çata bilir. Daxili SRAM + INT8 dəstəyi olan vizual prosessor tamamilə şirkətin öz vəsaiti hesabına hazırlanıb.

Image

Çip vatt başına 7,3 TOPS-a çata bilsə də, “Resnet 50” testlərində 8700 fos10300 fps göstərici nümayiş etdirir. “HaloDrive H30” çipi daha çox avtonom avtomobilləri hədəf alır. Eyni sənayedəki rəqibi olan “Journey 5” çipi 16nm texnoloji prosesdə 128TOPS performans istehsal edir. Cəmi 2 yaşı olan şirkət çipi sınaqdan keçirməyə başlayıb. Sözü az gedən H50 çipinin 2025-ci ildə çıxacağı bildirilir.

Samsung “ChatGPT”yə bənzər söhbət botu hazırlayır

“We are temporarily restricting the use of generative AI”

“Samsung” işçilərin işini asanlaşdırmaq adına “ChatGPT”dən istifadə etməsinə etirazını bildirdikdən sonra, korporativ mühitdə özünün xüsusi süni intellekt platformasını elan etmək üçün “Naver Corp” ilə əməkdaşlığa başlayıb. Samsung-un məhsuldar süni intellekt sistemi “ChatGPT” kimi ictimaiyyət üçün deyil, firmanın “Device Solutions Division”dakı işçiləri üçün nəzərdə tutulub. Əgər uğurlu olarsa, mobil telefonlar, məişət texnikası və bu kimi avadanlıqlara cavabdeh olan “Device eXperience” bölməsi üçün də müvafiq razılaşmalar əldə oluna bilər.

Why Is Samsung Named “Samsung”?

Elon Musk “Laskie” iş platformasını alıb

Elon Musk Acquires Hiring Platform Laskie, Makes First Acquisition for  Twitter

“Crunchbase”ə görə, 2021-ci ildə qurulan San-Fransisko mərkəzli “Laskie”, iş platforması kimi fəaliyyət göstərən bir B2C Saas məhsuludur. Texniki sahədə çalışan namizədlərlə Laskie-dən “Candidate Drop”, “Laskie Platform” və “ReverseApply” vasitəsilə əlaqə saxlanılırdı. Startapın “Bloomberg Beta”“Peak State Ventures” kimi şirkətlərdən 6 milyon dollar investisiya aldığı da məlumdur. Laskie-nin təsisçisi Chris Bakke daha əvvəl “Interviewed” adlı başqa bir startapı onlayn məşğulluq şirkəti “Indeed”ə satmışdı. Məsələyə yaxın mənbələr Twitter-in “Laskie”yə nağd pul və səhm ödədiyini bildirir.

iPhone-larda “Hey, Siri!” dövrü bitir. Bundan sonra yalnız “Siri!”

iPhone'da ''Hey Siri'' devri bitiyor! Daha işlevsel olacak

“Apple” istifadəçilərin öyrəşdiyi “Hey, Siri” çağırış ifadəsinə ehtiyacı aradan qaldıracaq mühüm yenilik üzərində işləyir. Məlumata görə, Apple “Siri”ni sadələşdirmək üçün “Hey Siri”dən “Hey”i çıxaracaq. Daha sadə desək, “Siri” ilə ünsiyyət qurmaq üçün sadəcə “Siri” demək kifayət edəcək. “Siri” dəyişikliyi ilə bərabər, “Apple” 3-cü tərəf proqramlar xidmətlərlə daha dərin inteqrasiya üzərində işləyir. Bu inteqrasiya kontekst məlumatlardan istifadə etməklə istifadəçilərə daha uyğun və əlçatan təcrübə vəd edəcək.

“Windows Phone Link” bu gündən iPhone-ları da dəstəkləyəcək

“Microsoft” bir müddət əvvəl elan etdiyi və beta testlərinə başladığı “Windows Phone Link” tətbiqi üçün bu gündən etibarən hər kəsə “iPhone” dəstəyini təqdim etməyə başlayıb. Bəs bu “macOS”a alternativ ola biləcək?İlk dəfə 2015-ci ildə buraxılan və zamanla geniş istifadəçi kütləsinə çatan “Windows Phone Link” proqramı vasitəsilə telefonunuzu əlinizə almadan onu idarə edə, kompüterinizlə faylları ötürə, hətta mesaj göndərə və zəng edə bilərsiniz. Bu funksiya son 7 ildə yalnız “Android” istifadəçiləri üçün əlçatan olub.

Экосиcтема Apple под угрозой: Microsoft подружила Windows и iPhone

Posted 
May 16, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All