D

avamlı olaraq yeni xüsusiyyətlər təqdim edən “WhatsApp” hazırda yalnız KolumbiyaSinqapurda mövcud olan “Kanallar” funksiyası ilə bağlı açıqlama verib və sonra da yeni özəlliyi təqdim edib. “Yeniləmələr” adlı yeni bölmədə “Kanallar” işlənib-hazırlanmaq üzrədir. Statusu və izləmək üçün seçdiyiniz kanalları ehtiva edən bu yayım vasitəsi ailə, dostlar və qrup söhbətlərindən ayrı olacaq.

WhatsApp launches Channels feature for broadcast messages | TechCrunch

“Kanallar” adminlərin birtərəfli şəkildə mətn, foto, video, stiker və sorğu anketi göndərə biləcəyi yayım vasitəsidir. İzləyəcəyiniz kanalları seçməyiniz üçün hobbilər, idman komandaları və s. kimi kataloq yaradılacaq. Həmçinin söhbətlər və ya e-poçt vasitəsilə göndərilən və ya onlayn paylaşılan dəvət keçid linkləri vasitəsilə kanallara daxil olmaq mümkün olacaq. Məxfiliyin ən üstün tutulacağı yayım xidməti hazırda aktiv proqramlaşdırma mərhələsindədir.

Posted 
Jun 8, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All