"

WhatsApp” yeniliklərlə gündəmdə qalmağa davam edir. Meta, nəhayət, bütün istifadəçilərin səbirsizliklə gözlədiyi xüsusiyyəti tətbiqə əlavə edir. İndi WhatsApp-da göndərdiyiniz hər hansı bir mesajı redaktə edə biləcəksiniz. Çatda olan hər kəs mesajın yanında kiçik “redaktə edildi” yazısını görə biləcək. Həmçinin redaktə vaxtı 15 dəqiqə olaraq müəyyən olunub.

whatsapp mesaj düzenleme

Bundan əlavə, 2 ayrı cihazın “WhatsApp Companion” (“əlaqələndirilmiş cihazlar” rejimi) vasitəsilə qoşulduğu hallarda bir cihaz tərəfindən göndərilən mesaj digər cihazdan dəyişdirilə bilməz. Funksiyanı Android üçün WhatsApp beta v2.23.10.13 ilə sınaqdan keçirə bilərsiniz. Əgər WhatsApp-ın beta proqramına rəsmi üzvsünüzsə, yeniləməni “Play Store”dan əldə edə bilərsiniz. Beta proqramında rəsmi qeydiyyatdan keçməyənlər üçün xüsusiyyətin bir-iki həftə ərzində bütün versiyalara gəlməsi planlaşdırılır.

Elon Musk: “Twitter-i aktiv olmayan hesablardan təmizləyəcəyik”

E.Musk bazar ertəsi Twitter-də bir neçə ildir aktiv olmayan hesabları siləcəyini bildirib. Şirkət oxşar açıqlamanı 2019-cu ildə bildirsə də, dostları və ailə üzvləri vəfat edən istifadəçilərin reaksiyasından sonra bunu ertələmişdi. Mask isə istifadə olunmayan hesabların arxivləşdiriləcəyini yazıb, lakin bunun necə işləyəcəyi ilə bağlı təfərrüatları paylaşmayıb. Hələlik daha tvit atmayan istifadəçilərin paylaşdıqları xatirələri saxlamaq üçün ən məntiqli üsul budur: tvitləri nüsxələmək.

How to backup your Twitter account - Backup4all

Bunu etmək üçün Twitter-dən Parametrlər > Hesabınız > Məlumatlarınızın Arxivini yükləyin. Bir neçə təhlükəsizlik mərhələsindən sonra “arxiv sorğusu” bölməsinə keçib, məlumatlarınızı zip fayl kimi tələb edə bilərsiniz. Arxivləşdirilmiş məlumatlara hesab məlumatlarınız, tarixçəniz, tətbiqlər, cihazlar, hesab fəaliyyətiniz, maraqlarınız və reklam məlumatlarınız daxildir. Sorğunuzu yaratdıqdan sonra bir neçə gün gözləməli olacaqsınız. Nüsxələnmə hazır olduqda, “Twitter”dən bildiriş alacaqsınız və fayllara daxil olmaq üçün məhdud vaxtınız olacaq. Verilən vaxt ərzində bildirişin üzərinə kliklədiyiniz zaman arxiv faylınızı yükləyə bilərsiniz.

Mozilla Firefox “Bing”i seçdi, “Google”a əlvida!

Firefox substitui Google por Bing como buscador padrão em testes -  TudoCelular.com

Microsoft bir müddətdir ki, “Bing” axtarış sistemi ilə “Google”u taxtdan salmağa çalışır. “ChatGPT” dəstəkli çat xüsusiyyəti sayəsində gündəmdən düşməyən “Bing”in artıq “Firefox” ilə əməkdaşlığı gündəmdədir. “Mozilla” və “Microsoft” şirkəti “Firefox”un axtarış sistemində “Google” əvəzinə “Bing”in yer alması ilə bağlı razılığa gələcəklər. Əslində, Mozilla standart axtarış sistemini əvəz etmək üçün bir müddətdir ki, “Bing”i sınaqdan keçirirmiş. GoogleMozilla arasındakı müqavilənin ilin sonunda bitəcəyini nəzərə alsaq, Microsoft-un bu addımı atması ağlabatan görünür. Microsoft Firefox ilə sövdələşməni Bing-in istifadəçi bazasını genişləndirmək və bazardakı mövqeyini möhkəmləndirmək fürsəti kimi görür. “Bing” süni intellekt dəstəyi sayəsində qarşılıqlı əlaqədə artım yaşayıb. Hətta mart ayında 100 milyon aktiv istifadəçiyə çatdığı barədə məlumatlar da var. Brauzer baxımından onu qeyd etmək lazımdır ki, “Firefox” istifadəçilərin 2,77 %-ni əhatə edir. Şübhəsiz ki, “Google Chrome” 63 %-lə bu sahədə liderdir.

Sosial medianın uşaqlara zərərinin qarşısının alınması üçün təlimat yayımlanıb

American Psychological Association apologizes for contributing to systemic  racism | CNN

Sosial mediadan yanlış istifadənin, xüsusilə uşaqlara böyük təsiri olur. Mütəxəssislər deyirlər ki, yeniyetmələr üçün sosial mediadan istifadə valideynlərin “yoxlama, monitorinq və maarifləndirmə” metodları ilə başlamalıdır. Bunu, xüsusilə erkən yeniyetməlik dövründə sərt şəkildə etməmələri və “icazə/razılıq” texnikasından istifadə etməklə yerinə yetirmələri tövsiyə olunur. Meta, Twitter və Google kimi platforma sahibləri əsasən bu problemi qəbul etmirlər və ya “YouTube Kids”, “Instagram Kids” kimi bölmələr yaradıblar. İndi illər sonra sonra ABŞ-nin ən yaxşı psixi sağlamlıq orqanlarından biri nəhayət məsələyə aydınlıq gətirib. Bildirilir ki, “APA” yeniyetmələrin müdafiəsi ilə bağlı bütün məsuliyyəti valideynlərin üzərinə qoymur. Burada daha çox platforma sahibləri məsuliyyət daşımalıdır. Həmçinin onlar nifrət, qərəz və zorakılığı təşviq edən məzmunları minimuma endirməlidirlər.

“Apple” yeni nəsil iPhone-larda OLED-dən deyil, microLED-lərdən istifadə edəcək

Apple Watch Ultra with micro-LED: Here's the latest news

“Apple” yaxın gələcəkdə iPhone-ları OLED displeydən microLED-ə keçirəcək. Şirkət öz yol xəritəsini və ilk olaraq hansı cihazın microLED-ə keçəcəyini də bildirib. Məlumata görə, microLED-ə keçən ilk “Apple” cihazı “Apple Watch Ultra” olacaq. Ağıllı saatdan sonra sıra “iPhone” və “iPad”ə gələcək. “MicroLED” panel texnologiyası daha yüksək parlaqlıq, daha az enerji sərfiyyatı və təkmilləşdirilmiş kontrast kimi üstünlüklərə sahibdir. “Apple Watch Ultra” növbəti və ya 2 il ərzində microLED displeylə təchiz olunacaqsa da, bu texnologiyanın istifadə ediləcəyi ilk iPhone-a hələ bir neçə il var. Bu ilin sonunda buraxılacaq 4 iPhone 15 modelinin hamısının hələ də OLED displeylərə sahib olacağı şübhə doğurmur.

Apple Watch “Facebook Messenger”lə sağollaşır

Meta is pulling the Facebook Messenger app from the Apple Watch - PhoneArena

“Meta” 2015-ci ildən Apple Watch-larda aktiv olan “Facebook Messenger”i mayın 31-dən etibarən bağlayır. Hesabata görə, bundan sonra mesaj bildirişləri gəlməyə davam etsə də, cavab vermək seçimi daha mövcud olmayacaq. Bu qərarın hansı səbəbdən verildiyi barədə ətraflı məlumat açıqlanmayıb. Digər tərəfdən, məhdud qarşılıqlı əlaqə tətbiqin cəlbediciliyini kölgədə saxlayır. Meta, həmçinin 10.000-ə yaxın işçini ixtisar edir və xərcləri azaltmaq üçün səylərini yenidən cəmləşdirir.

Azərbaycan 2023-cü ilin 1-ci rübündə ölkəyə 261 918 smartfon gətirib

The Best Phones to buy in 2023 - our top 10 list - PhoneArena

Dövlət Statistika Komitəsinə istinadən, bu, illik 74.06 milyon dollar idxal deməkdir. İdxal edilmiş smartfonların miqdarı illik müqayisədə 15 %-dən çox azaldığı halda, idxalın dəyəri 28 % artıb. Bu da ölkəyə gətirilən hər bir telefonun orta statistik dəyərinin öncəki ildən daha baha olması anlamına gəlir. Ölkəyə 2022-ci ildə idxal olunan hər bir smartfonun orta statistik dəyəri 187 dollar olduğu halda, bu, 2023-cü ilin müvafiq dövründə 283 dollar olub. Smartfonların 168 735 ədədi (46.35 mln. dollar) Çindən, 67 207 ədədi (19.12 mln. dollar) Vyetnamdan və 25 608 ədədi (8.39 mln. dollar) Hindistandan idxal edilib.

Posted 
May 12, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All