Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Samsung" dünyanın ilk şəffaf MicroLED ekranını təqdim etdi

Açıqlamaya görə, "Samsung" şirkəti tərəfindən təqdim olunan dünyanın ilk şəffaf MicroLED ekranı altı illik araşdırma və təkmilləşdirmənin nəticəsidir. Ekran “CES 2024” yarmarkasında üç fərqli dizaynda nümayiş etdirilib. "Xiaomi" tərəfindən hazırlanan şəffaf televizoru xatırladan ekran, şirkətə görə MicroLED əsaslı OLED-lərdən daha yüksək parlaqlığa sahibdir. Hazırda texnologiya haqqında daha çox məlumat verilməyib.

"Sony" oyunların hissə-hissə endirilməsi üçün patent alıb

Sony Announce Plans to Expand Its China Hero Incubator Program; New  PlayStation Store Rules Make Some Interesting Changes

Oyunu yükləmək istədiyiniz zaman bütün fayllar endirilənə qədər oyuna daxil olmaq mümkün olmur. Görünür, "Sony"nin bu yaxınlarda aldığı patent bu gedişatı dəyişəcək. Bu patent istifadəçilərə oyun fayllarını tədricən endirərək oyunun ilkin hissələrini oynamaq imkanı təklif etmək məqsədi daşıyır. Patentə əsasən, oyun oynanılan müddətdə bütün qalan faylların yüklənməsi və arxa planda quraşdırılması mümkün olacaq.

Azərbaycanda internet xidmətlərinin keyfiyyət göstəriciləri təsdiq edilib

Internet Meaning, Working, and Types of Services - Spiceworks

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri”ni təsdiq edib. Bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb. Yeni qərara əsasən, operativlik, dəqiqlik, dayanıqlılıq, əlçatanlıq, şəffaflıq, ayrı-seçkiliyin olmaması, etibarlılıq, informasiyanın tamlığı, məsuliyyətlilik, konfidensiallıq və təhlükəsizlik sahələri üzrə keyfiyyət göstəricilərinin əsas prinsipləri müəyyənləşib.

Bakı aeroportuna gediş-gəliş sistemi tam yenidən qurulacaq

Heydər Əliyev Beynəlxalq Hava limanı dünyanın 3 ən qeyri-adi aeroportları  sırasına daxil olub » Absheronxeber.az | İnformasiya agentliyi

Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gediş-gəliş sistemi tam yenidən qurulacaq. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Qeyd olunub ki, hava limanının dəmir yolu əlaqələndirməsi təmin ediləcək, avtomobil nəqliyyatı üçün parklanma imkanları genişləndiriləcək, 2-ci terminalın ehtiyat imkanlarından istifadə edilərək sərnişinlərə tələbata uyğun xidmət göstəriləcək.

Xırdalan və Qaraçuxura da metro xətti çəkiləcək

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Qaraçuxur qəsəbəsinin Mərkəzi Bakıya daxil edilməsinin səbəbi onun çox hissəsinin şəhərdaxili ərazilərə xas tikinti sıxlığına sahib olması və qəsəbə ərazisinin metro sistemi ilə əlaqələndirilməsi ilə bağlı perspektiv planların olmasıdır. Planda, həmçinin 2040-cı ilədək Xırdalan şəhərinə metro xəttinin çəkilməsi də nəzərdə tutulur.

Foto çərçivə kimi dizayn edilmiş dinamik "Samsung Music Frame" təqdim olundu

A photo of Samsung’s Music Frame speaker.

“CES 2024” sərgisi çərçivəsində foto çərçivə kimi dizayn edilmiş dinamik “Samsung Music Frame” təqdim olunub. Yeni məhsulun "Q-Symphony" texnologiyası ilə birgə yüksək səs keyfiyyətinə malik olduğu deyilir. Qeyd edək ki, məhsulun qiyməti hələlik açıqlanmayıb.

Yeni “Samsung S95D” TV modeli ekran parıltısının qarşısını ala biləcək

A photo of Samsung’s glare-free OLED TV.

"Samsung" “CES 2024” sərgisində təqdim etdiyi yeni “Samsung S95D” TV modeli ilə ekran parıltısının qarşısını alır. Yeni QD-OLED televizor modeli “Samsung S95D” parıltıya qarşı hazırlanmış örtüklə təchiz olunub. Beləliklə, cihaz bir çox televizorlardan fərqli olaraq, istənilən mühitdə diqqəti yayındıran ekrana əks olunmuş parlaqlığı aradan qaldıra biləcək.

Posted 
Jan 8, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All