Brand Week İstanbul “yenidən başlamaq zamanıdır” mottosu ilə pandemiya dövründə zəifləyən yeni başlanğıcları və həyatın üzərində qurula biləcəyi dayaq nöqtələrini kəşf etməyi hədəfləyir.

İlin ən ilham verici həftəsi “Time to Reset” adı ilə təqdim ediləcək.

Bu il 10-cusu həyata keçirilən Brand Week Istanbul kommunikasiyadan ticarətə, oyun sənayesindən yaradıcılığa qədər ilham verici hekayələrin, davamlı startapların və yaradıcı strategiyaların fəlsəfəsini auditoriyaya təqdim etmək üçün dünyanın dörd bir yanından spikerləri qonaq edəcək.

Fizika üzrə professor Mete Atatüre, media sənətçisi və rejissor Refik Anadol, sənətçi və aktivist Laetitia Ky, sahibkar Hande Çilingir, musiqiçi və orkestr şefi Pınar Toprak, Dentsu Lab-ın kreativ direktoru Naoki Tanaka bu ilin spikerlərindən bir neçəsidir. Bu il çıxış edəcək bütün spikerlərin siyahısına baxmaq üçün klikləyin.

İlham verən spikerlərdən başqa araşdırma nəticələri, brendlərin tədbirləri və yarışmaların da yer alacağı ilin Brand Week Istanbul həftəsi 7-11 noyabr tarixləri arasında Zorlu PSM-də baş tutacaq.

Posted 
Oct 10, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All