Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Apple"ın süni intellekt planları ortaya çıxdı

Apple boosts plans to bring generative AI to iPhones

Verilən məlumata görə, Apple süni intellekt sahəsində böyük bir addım atmağa hazırlaşır. Apple-ın əsas məqsədi ChatGPT Google Bard kimi istənilən suala cavab verə bilən söhbət botunu hazırlamaqdır. Bunun üçün şirkətin atdığı addımlardan biri də Google-da süni intellekt üzrə ekspert Con Giannandreanı işə götürmək olub. Bununla yanaşı, şirkət süni intellekt ilə bağlı iş elanlarına daha çox diqqət yetirməyə başlayıb.

ABŞ Federal Ticarət Komissiyası böyük şirkətlərin süni intellekt investisiyalarını araşdırır

How is the FTC Regulating AI?

ABŞ Federal Ticarət Komissiyası (FTC) hazırda Microsoft, AmazonGoogle tərəfindən OpenAI Anthropic adlı şirkətlərə edilən çoxmilyardlı investisiyaları araşdırmağa başlayıb. Amazon Google-un Anthropic-ə, Microsoft isə birbaşa OpenAI-a böyük sərmayələri var. FTC bundan bir qədər narahatdır, çünki texnologiya nəhəngləri məhsuldar süni intellekt tərəfində üstünlük təşkil edir. Bütün qeyd olunan şirkətlərə bildirişlər göndərən FTC şirkətlərdən bu investisiyaların məhsuldar süni intellekt sektorunda rəqabətə təsirini izah etməyi tələb edib.

iPhone-da yüksək keyfiyyətli oyunları oynamaq mümkün olacaq!

GeForce NowXbox Cloud Gaming kimi bulud oyun xidmətləri App Store-da mövcud deyildi. iOS istifadəçiləri bu proqramlara yalnız brauzer vasitəsilə daxil ola bilirdilər.  Apple nəhayət App Store-a "GeForce NOW" və "Xbox Cloud Gaming" kimi bulud oyun xidmətlərini gətirdi. İndi iPhone və iPad istifadəçiləri bu xidmətlərin tətbiqlərinə bütün xüsusiyyətləri ilə daxil ola biləcəklər.

“NASA” artıq Mars helikopteri ilə uçuş gerçəkləşdirə bilməyəcək

Perseverance captured an image of Ingenuity on August 2, 2023, the day before the helicopter's 54th flight.

“NASA”nın Mars helikopteri "Ingenuity" son dövrlərdə yaranan əlaqə problemi ilə gündəmə gəlirdi. Rəsmi olaraq elan edildiyi kimi, "Ingenuity" son uçuşu zamanı qanadlarından biri zədələndiyi üçün artıq uçmaq üçün yararlı vəziyyətdə deyil.

"Shazam" qulaqcıqlarda səslənən mahnıyı dinləyə biləcək

Shazam app can now recognize songs when you have your headphones in - CNET

"Apple" cümə axşamı Shazam iOS tətbiqi üçün bir yeniləmə buraxdı. Belə ki, istifadəçilər qulaqlıq taxarkən ifa olunan mahnını müəyyən etmək üçün "Shazam"dan istifadə edə biləcəklər. Ən yaxşı tərəfi odur ki, "Instagram" və ya "TikTok" kimi başqa proqramda səsləndirilən mahnılar üçün də işləyir.

"Fortnite" dörd ildən sonra yenidən iPhone-da oynana biləcək

How to play Fortnite on iPhone and iOS - Dexerto

“Epic Games” iOS-a öz mağazasını təqdim edəcəyini açıqlayıb. Bu onu göstərir ki, "Fortnite" dörd ildən sonra yenidən iPhone-da oynana biləcək. Bununla belə, Avropa Birliyi istifadəçisi olmayan iPhone oyunçuları “Xbox Cloud Gaming” və ya “GeForce Now” vasitəsilə "Fortnite" oynaya bilər.

"Türkiye Kart" ilə səyahətlərin asanlaşması hədəflənir

Türkiye Kart PTT AŞ-nin rəhbərliyi ilə hazırlanmış bir layihədir. Baş direktor Hakan Gültenin açıqlamalarına görə, bu kart təkcə ictimai nəqliyyat kartı deyil, həm də tələbə, müəllim, əlil və veteran endirimləri kimi müxtəlif üstünlüklərə sahibdir. Bu sistem sayəsində vətəndaşlar tək kartla bütün şəhərlərdə keçərli olan ictimai nəqliyyat xidmətlərindən yararlana biləcəklər.

Posted 
Jan 26, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All