Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Spotify" üçün cari abunəçi sayı açıqlanıb

Spotify To Continue Its Service in Uruguay — Spotify

Bu gün verilən rəsmi açıqlamaya görə, hazırda "Spotify"ın 602 milyon aktiv istifadəçisi var. Buraya həm pulsuz, həm də ödənişli premium abunəçilər daxildir. Bununla belə, premium istifadəçilərin sayı da 236 milyona çatıb.

Alper Gezeravcının dünyaya dönüşü yenidən təxirə salınıb

Alper Gezeravcı

Eniş zonasında hava şəraiti istənilən səviyyədə olmadığı üçün uçuş yenidən təxirə salınıb. Növbəti cəhd üçün "SpaceX" tərəfindən tarix verilməyib. Bununla belə, kosmik gəminin və Ax-3 heyətinin yaxşı vəziyyətdə olduğu və komandaların uçuş üçün hava vəziyyətini izləməyə davam etdiyi bildirilib.

“Apple Vision Pro” üçün “YouTube” tətbiqi gəlir

YouTube app for Apple Vision Pro is 'on the roadmap', says report |  Technology News - The Indian Express

“YouTube” bir müddət əvvəl “Vision Pro” üçün xüsusi proqram hazırlamayacaqlarını bildirmişdi. İstifadəçilər “YouTube”a yalnız “Safari” vasitəsilə daxil ola biləcəklər. Görünür, bu qərar artıq dəyişib. “The Verge”ə danışan “YouTube” sözçüsü “Vision Pro” üçün proqram hazırlamaq qərarına gəldiklərini açıqlayıb. Tətbiqin nə təklif edəcəyi və nə vaxt istifadəyə veriləcəyi kimi məsələlər hələlik məlum deyil.

"X" yeni funksiyasını elan etdi: Paylaşımların oxunması asanlaşacaq!

"X" istifadəçilərin məqalələri oxumasını asanlaşdıracaq yeni "Long Form" funksiyasını elan edib. Çox funksiyalı olması gözlənilən "Long Form" xüsusiyyəti tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq. Qeyd edək ki, xüsusiyyət barəsində hələ ki, dəqiq məlumat verilməyib.

"Xalq Sığorta"nın səhifəsi oğurlanıb

Xalq Sığorta”da - YENİ TƏYİNAT - FED.az

“Xalq Sığorta”nın feysbuk səhifəsi oğurlanıb. Dələduzlar “Xalq Sığorta”nın səhifəsini oğurlayaraq, intim videolar paylaşıblar. "Xalq Sığorta"nın Biznesin inkişafı idarəsinin departament nümayəndəsi Altun Şabanov Teleqraf.com-a açıqlamasında bildirib ki, "Xalq Sığorta"nın mütəxəssisləri hazırda səhifənin geri qaytarılması üçün çalışırlar.

"Əsas öncəliyimiz iyrənc paylaşımları dayandırıb səhifənin geri qaytarılması ilə bağlıdır. Səhifənin niyə oğurlanması, harada boşluq olması ilə bağlı məsələlər müvafiq araşdırmadan sonra ortaya çıxacaq. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib"

"Atlas" adlı robot iş həyatına hazırlaşır

"Boston Dynamics" tərəfindən hazırlanan dünyanın ən qabaqcıl insanabənzər robot modellərindən biri olan "Atlas" iş həyatına hazırlaşır. "X" hesabında robotun videosunu paylaşan şirkət "Bizim insanabənzər robot güc, qavrayış və hərəkətliliyi birləşdirərək əsl işə hazırlaşır" deyə bildirib. Onu da qeyd etmək lazımdır ki, bu robot bir çox rəqiblərindən fərqli olaraq, ətraf mühitə daha yaxşı bələddir və olduğu şəraitə dinamik şəkildə uyğunlaşa bilir.

Posted 
Feb 6, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All